Azərbaycan Dövlət İnformasiya Agentliyi

ELM VƏ TƏHSİL

Tofiq Köçərli–85
Onun yeri insanların ürəyindədir
Keçdiyi həyat yolu akademik Tofiq Köçərliyə söz demək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdır VİDEO

Bakı, 10 fevral (AZƏRTAC). Görkəmli tarixçi-alim, akademik, ictimai-siyasi xadim, pedaqoq, parlaq şəxsiyyət, gözəl insan... Adının qarşısında bu və digər titullar, epitetlər yer alan Tofiq Köçərlinin 85 illiyi tamam olur. Bu yubiley günlərində dünyasını yeddi il əvvəl dəyişmiş Tofiq müəllimin ömür kitabı bir daha vərəqlənir, doğmaları, yaxınları, dostları, elmi ictimaiyyət onu xoş duyğularla xatırlayır. Bütün bu xatirələrin, söhbətlərin mayasında Tofiq Köçərli şəxsiyyətinə tükənməz bir sevgi, böyük bir ehtiram dayanır. Hamı onu vətəndaş alim, vətəndaş siyasətçi, vətəndaş publisist kimi qəbul edir, dünyadan getməsinə təəssüflənir. Ən önəmlisi bir də odur ki, heç kəs boğazdan yuxarı danışmır, dilinə ürəyindən keçəni gətirir.

Tofiq müəllimdən bu dünyada nə qaldı? Azərbaycan tarixinin aktual problemlərinə dair dəyərli elmi araşdırmalar və tədqiqat əsərləri, bir çox kitab və monoqrafiya, yüzdən artıq məqalə. Daha nə? Tofiq müəllimdən bu dünyada həm də bir sevgi, bir məhəbbət qaldı: biliyə, ailəyə və Vətənə olan sevgi. O, bu sevgi toxumlarını əli çatan, imkanı yetən hər ürəyə, hər yerə səpdi. Çoxu cücərib baş qaldırdı, bar verdi və verməkdədir...

Azərbaycanın çox ucqar bir guşəsindən – Gədəbəyin İsalı kəndindən başlanan yol haralara gedib çıxmadı? Bakı və Moskva universitetlərinə, Milli Elmlər Akademiyasına, Azərbaycan Ali Sovetinə və daha neçə-neçə mötəbər kürsüyə.

Azərbaycan Prezidenti İlham Əliyevin və digər yüksək vəzifəli dövlət və hökumət adamlarının, elm xadimlərinin adından imzalanmış nekroloqdan: “Azərbaycan tarixşünaslığına töhfələr verən alimin əsərləri ölkəmizdə, eləcə də onun sərhədlərindən kənarda elmi ictimaiyyət tərəfindən maraqla qarşılanmışdır. Azərbaycan Xalq Cümhuriyyətinin təşkili və fəaliyyətinin öyrənilməsi, Naxçıvanın və Qarabağın tarixinin ən mühüm məsələlərinin tədqiqi onun əsas elmi nailiyyətləri sırasındadır”.

O vaxtlar da, indi də çoxları “Qarabağ, Qarabağ” deyir. Amma söz demək başqadır, iş görmək başqa. Sakit təbiəti, təmkini ilə seçilən, pafoslu danışmağı xoşlamayan Tofiq Köçərli iş görürdü, Qarabağ üçün qəlbən yanırdı. Onun “Qarabağ”, “Erməni saxtakarlığı”(2002), “Naxçıvan – uydurmalar və həqiqətlər” (2005), “K İstorii Karabaxskoqo voprosa” (2009) adlı kitab və monoqrafiyaları, digər əsərləri və araşdırmaları oxucusunu milli kimliyini və mənsubiyyətini dərk etməyə çağırır, milli ruhun oyanmasına və yüksəlişinə xidmət edir. Onun əsərləri Qarabağın Azərbaycan milli məfkurəsinin qaynaqlarından biri olduğunu sübut edir, hər kəsi tariximizə, dilimizə, mədəniyyətimizə sahib çıxmağa, milli mənəvi dəyərlərimizi qoruyub saxlamağa, milli birliyə və həmrəyliyə səsləyir.

O, tarixi faktlara, tutarlı dəlil-sübutlara, dərin məntiqə söykənən əsərləri, məqalələri ilə erməni və ermənipərəst müəlliflərin böhtan və saxtakarlıqlarına, ideoloji təxribatlarına tutarlı cavablar verirdi.

Tofiq müəllim haqqında qeydləri onu hələ tələbəlik illərindən tanıyan dostlarından biri Yəhya Seyidovun sözləri ilə davam etdirmək istərdik: Tofiq Köçərli seçilənlərdən idi. Əla təhsil göstəriciləri, təmkini və mədəniyyəti, universitetin ictimai həyatında fəal mövqeyi ilə seçilirdi.

Bu sözlərin ardınca jurnalist Ruqiyyə Əliyevanın verdiyi məlumat yerinə düşər: Tofiq Köçərli orta məktəbdə oxuyarkən pedaqoji şuranın qərarı ilə səkkizinci sinifdən birbaşa onuncu sinfə, universitetdə təhsil alarkən dərin biliyi, əla yaddaşı və qeyri-adi analitik qabiliyyətinə görə birinci kursdan üçüncü kursa keçirilmişdi.

Həyat göstərdi ki, nə orta məktəb, nə də universitet müəllimləri səhv etməyiblər. Dərin biliyi, analitik təfəkkürü, mədəniyyəti ilə seçilənlərdən olan müəllim övladı elmin və həyatın zirvələrinə məhz bu qeyri-adi, heç də hər kəsə nəsib olmayan keyfiyyətləri sayəsində ucala bilmişdi.

Söz sözü çəkir.

Akademik Ziyad Səmədzadə: Tofiq Köçərlinin yeri elm zirvəsində, insanların ürəyindədir. Akademik Tofiq Köçərli əsl insanlıq nümunəsi olmuş, sanballı əsərləri ilə sübut etmişdir ki, həqiqi tarix necə yazılmalıdır.

Sanki üz-gözünə peyğəmbər nuru çilənmişdi. Bu da Ziyad müəllimin sözüdür və məni təxminən 10-12 il əvvələ qaytarır. “Respublika” qəzetində işlədiyim vaxtlar idi. Tofiq müəllim baş redaktor Teymur Əhmədovla dost olduğundan hərdən redaksiyaya gələr, öz əsərlərini, məqalələrini əsasən bu qəzetdə çap etdirərdi. Onu redaksiyanın dəhlizində, cəmi bir-iki dəfə görmüşdüm. Nurani və düşüncəli çöhrəsi indi də gözümün qabağındadır. Sanki bu 10-12 il əvvəl yox, 10-12 gün qabaq olub. Adamın göz yaddaşına bu qədər ani həkk olunması, bir neçə dəfə görməklə hafizədə belə dərin iz buraxması heç də həmişə baş vermir. Səbəbi yəqin ki, elə Ziyad müəllimin dediyidir, üz-gözünə peyğəmbər nuru çilənməsidir.

Teymur müəllimə zəng edib soruşuram:

- Dostunuz Tofiq Köçərlini necə xatırlayırsan? “Respublika” qəzetində çoxmu məqaləsi, yazısı dərc olunub?

Deyir:

- Rəhmətlik həm gözəl alim, həm gözəl insan idi. Bu iki xüsusiyyət eyni şəxsdə hər deyəndə birləşmir, biri olanda, biri olmur. Tofiq müəllim yeri görünən insanlardandır. Hər dəfə redaksiyaya gələndə ya yeni kitabını, ya da məqaləsini gətirərdi. “Respublika” qəzetində onlarla yazısı çıxıb, kitablarından parçalar vermişik. Sinəsi dolu idi. Ürəyi doğrudan Azərbaycan, Dağlıq Qarabağ üçün yanırdı. Hələ çox iş görə bilərdi, çox əsərlər yarada bilərdi. Heyf ondan...

Tərcümeyi-halından sətirlər: 1955-ci ildə Moskva Dövlət Universitetində namizədlik dissertasiyasını müdafiə edib. 37 yaşında tarix elmləri doktoru elmi dərəcəsini alıb. 18 il Bakı Ali Partiya Məktəbinin rektoru işləyib. Bir neçə çağırış Azərbaycan Ali Sovetinin deputatı olub. Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvü seçilib.

Bu da dostlarından birinin sözüdür: Tofiq Köçərli böyük nüfuz sahibi idi. Keçdiyi həyat yolu ona söz demək, fikir söyləmək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdı.

Bu heç də hər kəsə verilməyən, heç də hər kəsin qazana bilmədiyi səlahiyyət idi.

Deyəsən Tofiq müəllim həyat prinsipini bir daha xatırlatmağa ehtiyac var: biliyə sevgi, ailəyə sevgi, Vətənə sevgi. Onun biliyə, Vətənə olan sevgisindən qısaca da olsa danışdıq. Bunu sübut edən müəyyən misallar çəkdik, dəlillər gətirdik. Qaldı ailəyə sevgi.

“Babam artıq həyatda yoxdur. Amma onun hamımıza aşıladığı ideya bizimlədir: biliyə, ailəyə, Vətənə sevgi”. Bu, Tofiq Köçərlinin nəvəsi Nigarın sözləridir.

İnternetə baxın, orada Tofiq müəllimin nəvələri Arslanın, Leylanın, Pərvinin, qızı İradənin və digər doğmalarının da ürək sözlərini görəcəksiniz. Oxuyun, görün Tofiq Köçərli ailəsinə, övladlarına, nəvələrinə neçə böyük qayğı və məhəbbətlə yanaşıb. Belə ata, belə baba heç də hər övlada, hər nəvəyə qismət olmur.

Görün nəvəsi Pərvin nə yazır: Hamı üçün babam böyük tarixçi, alim, akademik, ictimai xadim, siyasətçi idi. Mənim üçün isə o, yalnız əziz baba, ailəsinin dayağı, gözəl insan və ən əsası bizi daim ətrafına yığmağı bacaran, bizi birləşdirən bir insan idi. Baba gedərkən mənə bir sərvət qoydu, amma bu düşündüyünüz sərvətlərdən deyil. Bu, puldan, var-dövlətdən, şan-şöhrətdən daha qiymətli, saf, fəxri bir sərvətdir. Bu sərvət onun soyadıdır.

Qızı İradə Köçərli: Atam deyərdi ki, əgər ananız məni ailə problemlərindən, uşaqların tərbiyəsi, təhsili və digər problemlərdən azad etməsəydi, yəqin, mən akademik ola bilməzdim. Atam qızlarına anamız kimi olmağı tövsiyə edərdi.

Tofiq müəllim necə ər, necə ata, necə baba olduğunu ifadə etmək üçün bundan təsirli, bundan dəqiq ifadələr tapmaq mümkünsüzdür. Buraya oğlu Qabilin də sözləri əlavə edilsə, portret cizgilər tamamlanar: O, həyatı boyu öz zəngin daxili aləmi və yüksək mənəviyyatı ilə bizə - övladlarına hər kəs üçün müqəddəs və ülvi hiss olan Vətən sevgisi – Azərbaycan sevgisini, vətənpərvərlik duyğusunu aşılamağa və cəmiyyətə ləyaqətli vətəndaş yetişdirməyə çalışmışdır.

Şair Abbas Həmid Tofiq müəllimə bir şeir həsr edib. Həmin şeirin bir bəndinə nəzər salmağın vaxtıdır:

Meşə də, çəmən də əzizdir ona,

Vətənin gölü də dənizdir ona,

Dağ yolu Aranla əkizdir ona,

Qalıbdır əbədi izi Tofiqin.

Tofiq Köçərli bu dünyadan nəvəsi Pərvinin dediyi kimi, qiymətli soyad, şairin dediyi kimi, əbədi iz və hamının dediyi kimi, bir sevgi qoyub getdi.

Özü getdi, sözü qaldı. Özü getdi, izi qaldı. Bir də sevgi qaldı – Tofiq müəllimə olan sevgi, Tofiq müəllimin ürəklərdə alovlandırdığı üç böyük sevgi.

Elman Qədirli

AZƏRTAC-ın müxbiri

Tofiq Köçərli–85Onun yeri insanların ürəyindədirKeçdiyi həyat yolu akademik Tofiq Köçərliyə söz demək, nəyin yaxşı, nəyin pis olduğuna qiymət vermək səlahiyyəti qazandırmışdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ İsraildən Rəfahla bağlı ətraflı plan almadığını bildirib

Tbilisidə etiraz aksiyası bərpa olunub

Avropa İttifaqının xarici işlər və müdafiə nazirləri İran ətrafındakı vəziyyəti müzakirə edəcəklər

Rəcəb Tayyib Ərdoğan: Müdafiə sənayesi Türkiyənin artan nüfuzuna ciddi töhfə verir

Sumqayıtlı məzun: 300 bal toplamaq mənim ilk böyük uğurumdur

Sumqayıtda kiberdələduzluğa qarşı maarifləndirmə işi aparılır

“BrandShield” saxta dərmanlar satan 250-dən çox saytı bloklayıb

Birləşmiş Ərəb Əmirliklərinə güclü yağışlar yağır, uçuşlar təxirə salınıb

Maya Sandu: Moldovanın Avropa İttifaqı üzvlüyünə dair referendum oktyabrın 20-də keçirilə bilər

Prezidentin Mətbuat Xidmətinin məlumatı

BDU-da IV Azərbaycan Astronomiya Olimpiadasının final turu keçiriləcək

Gürcü politoloq: Bəzi ölkələrin geosiyasi maraqları olmasaydı, Azərbaycan torpaqlarını işğaldan daha tez azad edərdi

Bir sıra ölkələrdən quşçuluq məhsullarının Azərbaycana idxalına məhdudiyyət qoyulub

Gürcü politoloq: Azərbaycan öz maraqlarını qorumağa kifayət qədər hazırdır

Avropa Komissiyası ADPU-nun ENGAGE layihəsində assosiativ tərəfdaşlığını rəsmən təsdiq edib

Azərbaycanın energetika naziri IRENA-nın baş direktoru ilə görüşüb

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzində AQEM nümayəndə heyəti ilə görüş olub

“BDU könüllüləri” təşkilatının “Lin-Orph” musiqi klubunun konsert proqramı

Regional konfransda Azərbaycanda istilik təchizatı və enerji effektivliyi sahəsində görülən işlərdən danışılıb

Fiziologiya üzrə doktorantura və dissertanturaya hazırlaşanların nəzərinə

Bakıda ilk dəfə Azərbaycan İnsurtech Zirvəsi təşkil olunub YENİLƏNİB

“Yaşıl təhsil” - ADPU-da elmi-praktik konfrans

Azərbaycan və Ukraynanın ikitərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

Bakı və Abşeronda bəzi torpaq sahələri bərpaolunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilib

Bakıda Leyla Əliyevanın iştirakı ilə növbəti abad həyətlər sakinlərin istifadəsinə verilib

DSMF ünvanlı sosial yardımla bağlı vətəndaşlara müraciət edib

2023-2024-cü illərdə istehsal edilən istilik enerjisinin həcmi açıqlanıb

Biləsuvar və Neftçalada günəş elektrik stansiyaları tikiləcək

“Crocus City Hall”dakı terror aktı ilə əlaqədar daha bir nəfər həbs olunub

Şərqşünaslıq İnstitutunda özbəkistanlı alimlərlə görüş keçirilib

Elm və təhsil naziri UNICEF-in Azərbaycandakı nümayəndəsi ilə görüşüb

Paytaxtın Nizami rayonunda ağacəkmə aksiyası keçirilib

Azərbaycan məktəbliləri Avropa Qızlar Riyaziyyat Olimpiadasında uğurla çıxış ediblər

BVF: Qarşıdakı il dünya iqtisadiyyatını yavaş, lakin dayanıqlı inkişaf gözləyir

Türkiyənin Hacettepe Universitetinin professoru ADPU-da olub

Azərbaycanlı yazıçının əsəri Praqada səhnələşdirilib

Buraxılış imtahanında 300 bal toplayan şagird: Yüksək nəticə əldə edəcəyimi gözləyirdim

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Dendrologiya İnstitutu “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyası keçirib

Cəlilabad sakini babasından qalan odlu silahı polisə könüllü təhvil verib

Bakıda keçiriləcək atıcılıq üzrə Dünya Kubokunun rəsmi posteri təqdim olunub

® “Bakcell” böyük dəyişiklər astanasındadır

Türkiyədə “yaşıl” enerjinin ümumi istehsaldakı payı 55 faizə çatacaq

Bakı məktəblisi: Hədəfim 700 bal toplamaqdır

Biləsuvar rayonunun inzibati ərazisində dövlət mülkiyyətinə aid torpaq sahəsinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Neftçala rayonunun inzibati ərazisində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Pərviz Şahbazov: Azərbaycanda bərpa olunan enerji potensialı 4 dəfə arta bilər

Bakı şəhəri, Qaradağ rayonunun və Abşeron rayonunun inzibati ərazilərində dövlət və bələdiyyə mülkiyyətinə aid bəzi torpaq sahələrinin bərpa olunan enerji mənbələrinin ərazisi kimi müəyyən edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Qərbi Azərbaycanın siyasi tarixi və etnik mənzərəsi” - ADPU-da mühazirə

Türkiyə və Gürcüstan rəsmiləri regional problemləri müzakirə ediblər

Metanol ixracı 17 faizdən çox artıb

İlin ilk rübündə Aqrar Biznes festivallarında 23 rayondan 3 minə yaxın fermer iştirak edib

BDU-nun Biologiya fakültəsinin tələbələrinə açıq havada dərslər keçirilir

Bu ilin birinci rübündə KOBİA 152 biznes planın hazırlanmasına dəstək olub

Qeyri-verbal kommunikasiyanın təhlili və təşkili - təlim

Əbu-Dabidə Beynəlxalq Bərpaolunan Enerji Agentliyi Assambleyasının 14-cü sessiyası keçiriləcək

Buraxılış imtahanında 300 bal toplayan şagird: Hüquqşünas olmaq istəyirəm

ADA Universitetində Karyera Hazırlığı Həftəsi keçirilir

AQTA və UNICEF arasında əməkdaşlıq genişlənir

AQTA Goranboyda fəaliyyət göstərən bazarda nöqsanlar aşkarlayıb

Saatlıda kənd məktəbinin şagirdi buraxılış imtahanında 300 bal toplayıb

Əqli Mülkiyyət Agentliyi gənc ixtiraçılara dəstək verir

Niyazinin Mənzil Muzeyində Zülfüqar Hacıbəyovun 140 illiyi qeyd olunub

Meksikanın paytaxtında maksimal temperatur qeydə alınıb

Elnur Məmmədli: Avropa çempionatına tam heyətlə gedəcəyik

Naxçıvanda kitabxana müdiri və kitabxanaçı vəzifələri üzrə müsabiqə keçirilib

Füzuli məktəbinin şagirdi buraxılış imtahanında ən yüksək nəticə göstərib

Azərbaycan elektromobil idxalını artırıb

“Məşğulluğa dəstək layihəsi” üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub

Türkiyə ilə Gürcüstan arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

Baş direktor: Azərbaycan və Türkiyə arasında e-ticarətin inkişafı vacibdir

BDU-da “Gənclik həftəsi” başlanıb

Kəngərli rayonunda avtomobil yanıb

AZƏRBAYCANIN GƏNC İSTEDADLARI
Sona Bəşirova

“Təbiətə quş yuvaları hədiyyə edək” adlı layihə həyata keçirilib

Cüdo Federasiyasının baş katibi: Ümid edirəm ki, Avropa çempionatında nəticələrimiz ötənilkindən zəif olmayacaq

Gənclər Fondu yerli və beynəlxalq layihə müraciətlərinin qəbulunu elan edir

Təlim keçmək üçün Rumıniyaya daha üç F-16 göndəriləcək

Füzuli şəhərinə daha 156 ailə köçürüləcək VİDEO

Kənd təsərrüfatı nazirinin müavini Neftçalada vətəndaşları qəbul edib, təsərrüfatlara baxış keçirib

“Azərbaycanda rəqəmsal transformasiya – 2023” bülleteni çapdan çıxıb

“Tərəqqi” medalı ilə təltif edilmiş qadınlara mükafatlar təqdim olunub

Yüksək Liqa: “Murov Az Terminal” yarımfinalda “Neftçi”yə qalib gəlib

Bərdə-Ağdam avtomobil yolunda baş verən qəzada bir nəfər ölüb - YENİLƏNİB VİDEO

Cüdo üzrə Azərbaycan millisi Avropa çempionatına tam heyətlə hazırlaşır

Azad edilmiş ərazilərdəki yaylaqlara köçəcək 4 min 500 nəfərdən çox fermerə ANAMA təlimlər keçir

Çində Azərbaycan dili virtual formada tədris olunacaq VİDEO

BMU-nun nümayəndələri Özbəkistanda beynəlxalq konfransda iştirak edəcəklər

Sosial şəbəkələrdə qeyri-etik paylaşımlar edən şəxs saxlanılıb

Bişkekdə TÜRKPA-nın iclası keçiriləcək

Dünya Bankı “ASAN xidmət” konseptini yüksək qiymətləndirir

Keçmiş məcburi köçkünlərin qayıdış prosesi ilə bağlı müraciətləri dinlənilib

Mer: Azərbaycan İrpenin ən böyük 4 obyektinin yenidən qurulmasını və bərpasını maliyyələşdirəcək VİDEO

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Qax şəhər məktəbinin 2 şagirdi buraxılış imtahanında maksimum nəticə göstərib

Bakıdakı Dünya Kubokunda iştirak edəcək Azərbaycan gimnastları müəyyənləşib

Ədəbiyyat İnstitutunda “Məhəmməd Füzuli və Türk dünyası” mövzusunda elmi konfrans keçirilib

Sumqayıtda “Ekoloji təhlükəsizlik və yaşıl dünya” adlı işgüzar konfrans keçirilib

Azərbaycanın bu ilin birinci rübündə ən çox neft ixrac etdiyi ölkə İtaliyadır

Masazırda narkoanbar kimi istifadə olunan ev aşkar edilib