İQTİSADİYYAT
“Together for safer Internet” adlı vebinar keçirilib
Bakı, 10 fevral, AZƏRTAC
Xəbər verdiyimiz kimi, ölkəmizdə hər il Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd edilir.
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, bu günlə əlaqədar ənənəvi olaraq nazirliyin “İKT LAB” İnformasiya-Kommunikasiya Texnologiyalarının Tətbiqi və Tədrisi Mərkəzi və “Eurodesign” şirkətinin təşkilatçılığı ilə “Together for safer Internet” adlı vebinar keçirilib. Tədbirin təşkilində əsas məqsəd qlobal şəbəkədə mövcud təhdidlərlə bağlı məlumatlandırma və maarifləndirmə işləri aparmaq, şagirdlərə və valideynlərə internetdən və onlayn texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etmək olub.
Vebinarın sonunda mövzu ilə əlaqədar suallar verilib və müzakirələr aparılıb.