İDMAN
Toğrul Əsgərov Avropanın ən yaxşı güləşçisi seçilib VİDEO
Bakı, 30 oktyabr, AZƏRTAC
ABŞ-ın paytaxtı Vaşinqtonda keçirilən Milli Olimpiya Komitələri Assosiasiyasının 20-ci Baş Assambleyasında Azərbaycan güləşçisi, Olimpiya çempionu Toğrul Əsgərov mükafatlandırılıb.
Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Toğrul Əsgərov Baş Assambleyada Avropa qitəsi üzrə ən yaxşı kişi atleti adına layiq görülüb.
Assambleyada MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, gənclər və idman naziri Azad Rəhimov və MOK-un beynəlxalq əlaqələr idarəsinin rəisi Könül Nurullayeva iştirak ediblər.
Milli Olimpiya Komitələrinin Assosiasiyası öz sıralarında 206 Olimpiya komitəsini birləşdirir. Assosiasiyanın hər il keçirilən Baş Assambleyasında mühüm məsələlərlə yanaşı, mükafatlandırma mərasimləri də təşkil olunur və qitə oyunları üzrə ən yaxşı kişi və qadın idmançılar seçilir.
Xatırladaq ki, Toğrul Əsgərov London Yay Olimpiya Oyunlarında və “Bakı-2015” birinci Avropa Oyunlarında sərbəst güləş üzrə qızıl medal qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.04.2024 [23:21]
Üzgüçülük üzrə açıq Azərbaycan çempionatı start götürüb
- 24.04.2024 [22:45]
Qurban Qurbanov: Finala vəsiqə qazanmaq xoş hissdir
- 24.04.2024 [22:07]
Daha bir boksçumuz Avropa çempionatında yarımfinala vəsiqə qazanıb
- 24.04.2024 [21:31]
Azərbaycanın daha bir paraüzgüçüsü Avropa çempionatında qızıl medal qazanıb
- 24.04.2024 [18:52]
Azərbaycan Kubokunda ilk finalçı bəlli olub
- 24.04.2024 [18:37]
Qırğızıstan Prezidenti Sadır Japarov Bakıda şəhidlərin xatirəsini anıb
- 24.04.2024 [18:31]