RƏSMİ SƏNƏDLƏR


Toğrul Həsənovdan, Əfrayıl Mehdiyevdən, Elvin Ağazadədən və başqalarından

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli cənab Prezident.

Azərbaycanda keçirilən prezident seçkilərində inamlı qələbəniz münasibətilə Sizi Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada yaşayan və təhsil alan azərbaycanlı gənclər adından səmimi qəlbdən təbrik edirik.

Sarsılmaz dayaqlar üzərində qurulmuş müstəqil Azərbaycanımız son illərdə öz inkişaf tempini uğurla davam etdirdi. Azərbaycan Respublikasının Prezidenti kimi ötən illər ərzində xalqımızın milli və dövlət maraqlarına söykənən düşünülmüş, məqsədyönlü, müstəqil və cəsarətli siyasi strategiyanız nəticəsində doğma Vətənimizin davamlı iqtisadi inkişafı təmin edilib, beynəlxalq aləmdə nüfuzu daha da möhkəmlənib.

Azərbaycanın daxili siyasətində gənclərə xüsusi diqqət, qayğı göstərilib və bu, hazırda dövlət siyasətinin əsas istiqamətlərindən birini təşkil edir. Azərbaycan dövləti hər bir gəncin qayğısına qalır, onun inkişafı üçün şərait yaradır və ümumilikdə gənclərin fəaliyyət və təşəbbüsləri dövlət tərəfindən tam dəstəklənir. Biz - Balkanlarda yaşayan azərbaycanlı gənclər bu diqqət və qayğını mütəmadi olaraq görürük.

Əminik ki, bu möhtəşəm uğurların davamının, eləcə də doğma Qarabağımızın tezliklə işğaldan azad edilməsinin, qaçqın və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıtmalarının birgə şahidi olacağıq.

Fürsətdən istifadə edib Zati-alinizi bir daha səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı, ailə səadəti və son dərəcə məsuliyyətli ali dövləti vəzifənizdə yeni-yeni uğurlar arzulayırıq.

Albaniya, Makedoniya, Xorvatiya, Sloveniya, Serbiya, Monteneqro, Bosniya və Herseqovinada yaşayan və təhsil alan 241 azərbaycanlı gənc adından dərin hörmətlə,

 

Toğrul Həsənov

Əfrayıl Mehdiyev

Elvin Ağazadə və başqaları

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin