CƏMİYYƏT


Toğrul Muxtarov: Hüquq-mühafizə orqanlarında xidmət edən gənclərin forumu önəmli platformadır VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC

Bu gün gənclər üçün əlamətdar bir gündür. Ona görə ki, ilk dəfədir hüquq-mühafizə orqanlarında xidmət edən gənclərin forumu keçirilir. Bu forum gənc əməkdaşların toplandığı önəmli bir platformadır.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikası Baş prokurorluğunun əməkdaşı Toğrul Muxtarov bildirib. O qeyd edib ki, forumda hüquq-mühafizə orqanlarını təmsil edən gənc əməkdaşlar çıxış edərək ölkəmizdə həyata keçirilən gənclər siyasətinin nəticələrini geniş auditoriyaya çatdırdılar. “Mən də prokurorluq əməkdaşları adından bildirirəm ki, öz potensialımızı daim dövlətçiliyimizin qorunması üçün istifadə edəcəyik”, - deyə T.Muxtarov bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.