REGİONLAR


Toivo Klaar: Aİ müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır

Ağdam, 17 sentyabr, Aydın Yavərzadə, AZƏRTAC

Müharibə çox dəhşətlidir. Bunu unutmaq olmaz. Bununla belə, gələcəyə baxmaq lazımdır. Avropa tarix boyu münaqişə və müharibələrlə üzləşsə də, bütün fikir ayrılıqlarını arxada qoymağı bacardı. Avropada da kilsələr, qəbiristanlıqlar, abidələr dağıdılmışdı. Bu, çox acı xatirələrdir, lakin liderlərimiz İkinci Dünya müharibəsindən sonra qərara gəldilər ki, gələcəyə baxmalı, daha yaxşı Avropanı bərpa etməliyik. Düşünürəm ki, bu təcrübədən burada da istifadə edilə bilər. Avropa İttifaqı iki dünya müharibəsinin ağır nəticələrinin arxada qoyulması təcrübəsini Azərbaycan və Ermənistan ilə bölüşməyə hazırdır.

Bunu Ağdamda erməni vandalizmi ilə tanış olan Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaar jurnalistlərə açıqlamasında bildirib.

Fərqli və daha yaxşı gələcək yaratmaq üçün Azərbaycan və Ermənistan ilə işləməyə hazır olduqlarını söyləyən T.Klaar deyib: “30 illik işğal dərin izlər buraxıb. Avropa İttifaqı müharibənin fəsadlarını aradan qaldırmaq üçün Azərbaycan və Ermənistanla işləməyi davam etdirməyə hazırdır”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.