İDMAN


“Tokio 2020”: Atletikanın üç təkanla tullanma növü üzrə Azərbaycan təmsilçisi Olimpiya Oyunlarında mübarizəyə başlayıb

Bakı, 3 avqust, AZƏRTAC

Avqustun 3-də atletikanın üç təkanla tullanma idman növü üzrə Azərbaycan təmsilçisi Nazim Babayev Olimpiya Oyunlarında mübarizəyə başlayıb.

AZƏRTAC verir ki, təsnifat mərhələsində mübarizəyə başlayan kişi idmançımız həlledici mərhələyə yüksəlmək üçün 17,05 metr nəticə göstərməlidir.

Qeyd edək ki, Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin səkkizinci günündə ilk medalını qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.