İDMAN


“Tokio 2020”: Azərbaycan badmintonçusu Olimpiya Oyunlarına qələbə ilə başlayıb

Bakı, 27 iyul, AZƏRTAC

İyulun 27-də badminton idman növündə Azərbaycan təmsilçisi Olimpiya Oyunlarında debüt

edib.

AZƏRTAC xəbər verir ki, kişi badmintonçuların şəxsi yarışında yeganə təmsilçimiz Edi Reski Dviçayo “L” qrupunda ilk görüşünə çıxıb. Qarşılaşmada E.R.Dviçayo Vyetnam idmançısı Tien Minh Nguyenlə qarşılaşıb. Təmsilçimiz rəqibini 2:0 hesabı ilə məğlub edib.

M.Nguyen birinci görüşdə bu qrupda yer alan digər badmintonçu danimarkalı Anders Antonsenə 0:2 hesabı ilə uduzub. Azərbaycan idmançısı qrupda sonuncu oyununu iyulun 28-də A.Antonsenə qarşı keçirəcək. Turnirin reqlamentinə əsasən 14 qrupda ilk sırada yer alacaq badmintonçular və iki ən yaxşı ikinci pillənin sahibləri səkkizdəbir final mərhələsinə vəsiqə qazanacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.