İDMAN


“Tokio-2020”: Cüdoçularımız mübarizəyə qoşulublar

Bakı, 24 iyul, AZƏRTAC

Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları keçirilir.

AZƏRTAC xəbər verir ki, bu gün cüdoçularımızdan ikisi – Kəramət Hüseynov (60 kq) və Aişə Qurbanlı (48 kq) mübarizəyə başlayıb. Belə ki, K.Hüseynov Eşli Makkenzi (Böyük Britaniya), A.Qurbanlı Katarina Kosta (Portuqaliya) ilə ilk qarşılaşmalarını keçirəcəklər. Cüdo yarışları Bakı vaxtı ilə saat 06:00-da başlayıb.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.