İDMAN


“Tokio-2020”: Güləşçilərimiz Rafiq Hüseynovun və Elis Manolovanın rəqibləri müəyyənləşib

Bakı, 1 avqust, AZƏRTAC

Avqustun 2-də “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycanın iki güləşçisi mübarizəyə start verəcək.

AZƏRTAC xəbər verir ki, yunan-Roma güləşi yarışlarında Rafiq Hüseynov (77 kq), qadın güləşində isə Elis Manolova (68 kq) xalça üzərinə çıxacaqlar. Avqustun 1-də keçirilən püşkatma mərasimində təmsilçilərimizin ilk rəqibləri müəyyənləşib.

R.Hüseynov səkkizdəbir finalda dünya çempionatının gümüş və Avropa birinciliyinin bürünc mükafatçısı olan isveçli Aleks Kessidis ilə qarşılaşacaq. Bu görüş A xalçasında keçiriləcək. R.Hüseynov rəqibinə qalib gələrsə, dörddəbir finalda Lamjed Maafi (Tunis) - Akjol Mahmudov (Qırğızıstan) mübarizəsində üstün olan güləşçi ilə üz-üzə gələcək.

E.Manolova ilk mərhələdə nigeriyalı Blessinq Oborududu ilə qarşılaşacaq. Bu görüş B xalçasında baş tutacaq. E.Manolova dörddəbir finala yüksələrsə Meerim Jumanazarova (Qırğızıstan) - Mimi Xristova (Bolqarıstan) görüşünün qalibi ilə görüşəcək.

Bu çəki dərəcələrində ilk görüşlər Bakı vaxtı ilə saat 06:30-da başlayacaq.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.