İDMAN


“Tokio-2020”: Kişilər arasında hündürlüyə tullanma yarışı maraqlı nəticə ilə yadda qalıb

Bakı, 2 avqust, AZƏRTAC

Tokio Yay Olimpiya Oyunlarında atletika idman növündə bir neçə qalib müəyyənləşib. Kişilər arasında hündürlüyə tullanma yarışı maraqlı nəticə ilə yadda qalıb.

AZƏRTAC xəbər verir ki, əsas mübarizə italiyalı Janmarko Tamberi və Qətər təmsilçisi Mutaz Barşim arasında olub. Son cəhdlərə qədər eyni sayda xal qazanan idmançılar yekunda qızıl medalı bölüşüblər. Onlarla bərabər – 2.37 xal toplayan belaruslu Maksim Nedasokov isə bürünc medalla kifayətlənib. Buna səbəb Belarus təmsilçisinin bir cəhddə səhvə yol verməsidir.

Qadınların üç təkanla tullanma yarışında da qaliblərin adına aydınlıq gəlib. “Rio-2016” Olimpiadasının gümüş mükafatçısı venesuelalı Yulimar Roxas bu dəfə bütün rəqiblərini qabaqlayaraq qızıl medal əldə edib. O, eyni zamanda, 15.67 metrlik göstərici ilə yeni dünya rekordunu da müəyyənləşdirib. Portuqaliyalı atlet Patrisiya Mamona gümüş, İspaniya təmsilçisi Ana Peleteyro bürünc medala sahib olublar. “Rio-2016”nın qalibi kolumbiyalı Katrin İbarquen mübarizəni onuncu sırada başa vurub.

Kişi atletlərin 100 metr məsafəyə qaçış yarışlarında da medallar öz sahibini tapıb. Böyük britaniyalı idmançı Zarnel Hyuz startda səhvə yol verdiyinə görə, mübarizəni erkən dayandırıb. Yarışın qalibi İtaliya millisinin atleti Marsel Ceykobs bütün rəqiblərini qabaqlayıb. Amerikalı Fred Kerli finiş xəttini ikinci, Kanada təmsilçisi Andre de Qrase üçüncü keçib. Əfsanəvi olimpiyaçı Useyn Boltun rekordu qırılmaz olaraq qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.