İDMAN


“Tokio-2020”: Kubalı yunan-Roma güləşçisi Mixain Lopes rekorda imza atıb

Bakı, 2 avqust, AZƏRTAC

Kubalı yunan-Roma güləşçisi Mixain Lopes rekorda imza atıb. Tokio Olimpiadasında 130 kiloqram çəki dərəcəsində çıxış edən güləşçi dördqat Olimpiya çempionu olub.

AZƏRTAC xəbər verir ki, 39 yaşlı idmançı finalda Gürcüstan güləşçisi Yakob Kacayanı məğlub edib.

Kubalı güləşçi daha əvvəl “Pekin-2008”, “London-2012” və “Rio-2016” olimpiadalarında da fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. O, tarixdə ilk dəfə yunan-Roma güləşi üzrə dördqat Olimpiya çempionu olub.

M.Lopesdən əvvəl ən titullu güləşçi rusiyalı Aleksandr Karelin olub. O, olimpiadalarda 3 qızıl və 1 gümüş medal qazanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.