DÜNYA
Tokio-2020 Olimpiya və Paralimpiya Oyunlarında könüllü olmaq istəyənlərin sayı 80 mini keçib
Tokio, 21 noyabr, AZƏRTAC
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının bildirdiyinə görə, Oyunlar zamanı könüllü qismində kömək etmək üçün müraciət edənlərin sayı artıq 80 mini keçib.
AZƏRTAC xəbər verir ki, təşkilat komitəsi ərizələrin qəbuluna sentyabrın 26-da başlayıb. Oyunların təşkilatçılarının Olimpiya tədbirlərinin keçiriləcəyi yerlərdə, həmçinin Olimpiya kəndində 80 min könüllüyə ehtiyacı olduğu bildirilirdi. Bundan əlavə, aeroportlarda və dəmir yolu stansiyalarında ekskursiya və nəqliyyat bələdçiləri kimi “şəhər könüllüləri” adlanan daha 30 min nəfərə də ehtiyac var.
Komitədən bildirilib ki, noyabrın 20-də səhər saatlarında birinci qrup könüllü olmaq üçün müraciət edənlərin sayı 81035 nəfər təşkil edib.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio