İDMAN
“Tokio 2020”: Qılıncoynatmanın şpaqa və rapira növlərində qaliblər müəyyənləşib
Bakı, 26 iyul, AZƏRTAC
İyulun 25-də Tokio Olimpiadasında qılıncoynatmanın kişilər arasında şpaqa növündə, qadınlar arasında isə rapira növü üzrə qaliblər müəyyənləşib.
AZƏRTAC xəbər verir ki, qadınlar arasında rapira növündə ABŞ idmançısı Lee Kiefer bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. İkinci yerdə rusiyalı İnna Deriqlazova, üçüncü yerdə isə digər rusiyalı (neytral) idmançı Larisa Korobeynikova qərarlaşıb.
Kişilərin şpaqa yarışında isə qızıl medalı fransalı Romain Kannone qazanıb. Macarıstanlı Gergeli Siklosi gümüş medal, Ukrayna idmançısı İqor Reizlin isə bürünc medala sahib olublar.
Qeyd edək ki, ölkəmizi qılıncoynatma yarışlarında qadınların sablya növündə çıxış edən Anna Başta təmsil edir.