İDMAN


“Tokio-2020”: Sərbəst güləşçimiz Turan Bayramov dörddəbir finalda məğlub olub

Bakı, 5 avqust, AZƏRTAC

Azərbaycanın sərbəst güləşçisi Turan Bayramov Tokio Olimpiadasında ikinci görüşünü keçirib.

AZƏRTAC xəbər verir ki, 74 kiloqram çəki dərəcəsində çıxış edən güləşçimiz dörddəbir final mərhələsində Frank Çamizoya (İtaliya) məğlub olub.

İlk görüşdə T.Bayramov Ukrayna təmsilçisi Vasil Mixaylovdan üstün olub.

Xatırladaq ki, ölkəmizin aktivinə üç bürünc medalı qadın cüdoçu İrina Kindzerska, boksçu Alfonso Dominges və yunan-Roma güləşçisi Rafiq Hüseynov yazdırıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.