İDMAN


“Tokio-2020” Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək

Bakı, 10 oktyabr, AZƏRTAC

2020-ci ildə Tokioda təşkil olunacaq XXXII Yay Olimpiya Oyunlarında da qaçqınlar komandası iştirak edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sessiyasında qəbul olunub.

Qaçqınlar komandası ilk dəfə “Rio-2016” Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Həmin vaxt komandanın heyətində Suriya, Konqo Demokratik Respublikası, Cənubi Sudan və Həbəşistandan 10 atlet yer almışdı.

Qeyd edək ki, qaçqınlar komandası “Rio-2016”da medal qazana bilməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.