İDMAN


“Tokio-2020” Yay Olimpiya Oyunlarında karate yarışlarına start verilib

Bakı, 5 avqust, AZƏRTAC

“Tokio-2020” Yay Olimpiya Oyunlarında karate yarışlarına start verilib.

AZƏRTAC xəbər verir ki, Tokio Olimpiadasında ölkəmizi 3 karateçi təmsil edəcək. Bu gün milli komandamızın üzvü Firdovsi Fərzəliyev (67 kq) mübarizəyə qoşulub. A qrupunda mübarizə aparan təmsilçimiz ilk görüşünü Eray Şamdana (Türkiyə) qarşı keçirib və 1:7 hesabı ilə məğlub olub.

Karateçimiz daha sonra Darxan Assadılov (Qazaxıstan), Əli Elsavi (Misir) və Naoto Saqo (Yaponiya) ilə qarşılaşacaq.

Qrupda ilk iki yerin sahibi yarımfinala vəsiqə qazanmaqla yanaşı, bürünc medalı da təmin edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.