İDMAN


“Tokio-2020”də koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub

Tokio, 5 avqust, AZƏRTAC

Tokioda keçirilən Yay Olimpiya Oyunları ilə əlaqəli şəxslər arasında koronavirusa yoluxma üzrə sutkalıq antirekord müəyyən olunub.

AZƏRTAC “Tokio-2020”nin təşkilat komitəsinin saytına istinadla xəbər verir ki, son sutka ərzində daha 31 nəfərdə yoluxma aşkar edilib.

Bildirilir ki, yoluxanlardan biri Yunanıstanın sinxron üzgüçülük üzrə komandasının üzvüdür. Beləliklə, həmin komandada yoluxanların ümumi sayı 6 nəfərə çatıb. Xatırladaq ki, bundan bir gün əvvəl Olimpiadada 29 nəfər koronavirusa yoluxan qeydə alınıb. Bu, yarışların son həftəsində yoluxanlar barədə orta göstəricidən təqribən 10 nəfər çoxdur.

Oyunlarla əlaqədar şəxslər arasında koronavirusa yoluxanların ümumi sayına gəlincə isə bu göstərici 353 nəfərə çatıb. Həmçinin hesabatda bildirilir ki, iyulun 1-dən Olimpiadaya hazırlıq və yarışların keçirildiyi günlər ərzində 543 min koronavirus testi götürülüb.

Qeyd edək ki, Tokioda epidemioloji vəziyyət ağır olduğuna görə hökumət fövqəladə vəziyyət rejiminin müddətini avqustun 31-dək uzadıb. Tamaşaçılar məhz buna görə Olimpiya Oyunlarına buraxılmırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.