İDMAN


“Tokio-2020”nin səkkizinci günü: Çin medal qazanan ölkələr siyahısına liderliyi davam etdirir

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da - “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarının səkkizinci günündə 70 ölkənin idmançıları medal qazanıblar.

AZƏRTAC xəbər verir ki, medal siyahısına Çin komandası liderlik edir. Bu ölkənin idmançıları 19 qızıl, 10 gümüş və 11 bürünc medal qazanıblar. İkinci pillədə 17 qızıl, 4 gümüş və 7 bürünc medalla Yaponiya təmsilçiləri, ABŞ atletləri isə 14 qızıl, 16 gümüş və 11 bürünc medalla üçüncü pillədə qərarlaşıblar.

Rusiya Olimpiya Komitəsi 10 qızıl, 14 gümüş, 10 bürünc medalla dördüncü, Avstraliya isə 9 qızıl, 2 gümüş və 11 bürünc medalla beşincidir. Digər pillələrdə Böyük Britaniya (6-9-9), Koreya Respublikası (5-4-6), Niderland (3-7-5), Fransa (3-5-5) və Almaniya (3-4-9) qərarlaşıblar.

Azərbaycanın Olimpiya komandası “Tokio-2020”nin səkkizinci günündə ilk medalını qazanıb. Qadın cüdoçumuz İrina Kindzerska 78 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizin aktivinə bürünc medal yazdırıb. Boksçumuz Alfonso Dominges (81 kq) isə yarımfinala yüksəlməklə ən azı bürünc medalı təmin edib.

Avqustun 8-dək davam edəcək XXXII Yay Olimpiya Oyunlarında 204 Milli Olimpiya Komitəsindən 11 min atlet idmanın 33 növü üzrə 339 dəst medal uğrunda mübarizə aparır.

Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur. Ölkəmiz yeddinci dəfədir Yay Olimpiya Oyunlarında iştirak edir. Olimpiya komandamız, həmçinin 6 Qış Olimpiya Oyunlarında gücünü sınayıb. Milli komandamızın Olimpiya Oyunlarında debütü “Atlanta-1996” Qış Olimpiya Oyunlarına təsadüf edib. Azərbaycan komandası medalların sayına görə ən böyük uğurunu “Rio-2016”da qazanıb. Həmin Olimpiadaya 56 idmançı ilə qatılan komandamız 1-i qızıl, 7-si gümüş və 10-u bürünc olmaqla ümumilikdə 18 medala sahib olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.