İQTİSADİYYAT


“Tokio-2020”yə həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb

Bakı, 23 iyul, AZƏRTAC

“Tokio-2020" Yay Olimpiya Oyunları mövzusuna həsr edilmiş poçt markaları bloku dövriyyəyə buraxılıb.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AZƏRTAC-a bildirilib ki, COVID-19 pandemiyası səbəbindən bir il təxirə salınan və bu ilin 23 iyul – 8 avqust tarixlərində keçiriləcək "2020-ci il Yay Olimpiya Oyunları" Yaponiyanın 42 yarış məkanında baş tutacaq. Bu oyunlarda ölkəmiz 44 idmançı ilə təmsil olunur.

Markalarda müxtəlif yay idman növləri Olimpiya oyunlarına ev sahibliyi edən ölkənin atributu ilə əlaqələndirilib.

Belarus Respublikasının Bobruysk şəhərində on min tirajla çap olunmuş poçt markasının müəllifi rəssam Vüqar Əyyubovdur. Marka ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.