DÜNYA


Tokio Fond Birjasında kotirovkalar kəskin enib

Tokio, 12 oktyabr, AZƏRTAC

Bütün dünya fond bazarlarında yaranmış qeyri-sabit vəziyyət Tokioda da kotirovkaların qiymətlərinə kəskin təsir edib.

AZƏRTAC xəbər verir ki, oktyabrın 12-də səhər Tokio Fond Birjasında “Nikkey” indeksinin qiyməti hərraclar başlayan kimi kəskin enib. Bu əsas indeks 267 bənd və 1,2 faiz itirərək, 22323 bənd həddinə düşüb.

Bundan bir gün əvvəl indeks təxminən 1000 bənd itirmişdi ki, bu da martda bir gün ərzində baş verən ən böyük enişə bərabərdir.

Nyu-Yorkda hərracların son iki günündə orta sənaye indeksi olan “Dow Jones” 1300 bənd və ya 5 faizdən çox aşağı düşüb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.