DÜNYA


Tokio Moskva danışıqlarının yekunu olaraq mətbuat konfransının təşkilindən imtina etməyib

Tokio, 14 yanvar, AZƏRTAC 

Yaponiya Xarici İşlər Nazirliyinin nümayəndəsi bəyan edib ki, yapon tərəfi Moskvada iki ölkənin xarici işlər nazirlərinin gözlənilən danışıqlarının nəticələri barədə birgə mətbuat konfransının keçirilməsinin əleyhinə deyil və buna sadəcə olaraq ehtiyac duymur.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, bu cür bəyanatla Yaponiya XİN-in adının çəkilməsini istəməyən nümayəndəsi çıxış edib.

Diplomatın sözlərini sitat gətirən telekanal bildirir: “Bütün bunlar çox təəccüblüdür. Doğrusu, mən danışıqların gedişi zamanı jurnalistlər üçün yekun bəyanat verildiyini eşitməmişəm. Lakin buna baxmayaraq, yapon tərəfi mətbuat konfransından imtina etməyib”.

Xatırladaq ki, yanvarın 13-də “Rossiya-1” telekanalının “Vesti nedeli” proqramında çıxış edən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova iki ölkənin xarici işlər nazirlikləri rəhbərlərinin dekabrın 14-nə planlaşdırılan danışıqlarından sonra birgə mətbuat konfransının təşkilinə yapon tərəfinin etiraz etməsini təəccüblə qarşıladıqlarını bəyan edib. M.Zaxarova yaponların özlərini bu cür aparmasını qəribə və ziddiyyətli adlandırıb.

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov ilə Yaponiya xarici işlər naziri Taro Kononun iki ölkə arasında sülh müqaviləsinin imzalanması ilə əlaqədar danışıqları yanvarın 14-də günün birinci yarısında baş tutacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.