DÜNYA


Tokio Olimpiadası məşəlinin estafeti Fukuşima prefekturasından başlanacaq

Tokio, 12 iyul, AZƏRTAC

Tokioda 2020-ci ildə keçiriləcək Olimpiadanın məşəlinin estafeti 2011-ci ildə baş vermiş zəlzələ nəticəsində yaranan sunami və atom qəzasının böyük ziyan vurduğu Fukuşima prefekturasından başlanacaq.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Tokio Olimpiadasının təşkilat komitəsi tərəfindən təklif edilən marşrut iyulun 12-də mərkəzi və yerli hakimiyyət orqanlarının görüşü zamanı bəyənilib.

Plana əsasən Olimpiada məşəlinin estafeti 2020-ci il martın 26-da Fukuşima prefekturasından başlayaraq cənubda yerləşən Okinava prefekturası istiqamətində hərəkət edəcək. Sonra şimal istiqamətinə dönərək iyulun 10-da Tokioya çatacaq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.