İDMAN


Tokio Olimpiadasına qatılacaq idmançıların əksəriyyətinə peyvənd vurulacaq

Tokio, 13 may, AZƏRTAC

Tokio Yay Olimpiya və Paralimpiya oyunlarına qatılacaq idmançıların əksəriyyətinə peyvənd vurulacaq.

AZƏRTAC xəbər verir ki, bu barədə qərar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) icraiyyə şurasının onlayn iclasında qəbul edilib. İclas zamanı, həmçinin icraiyyə şurasının üzvləri Tokio Olimpiya və Paralimpiya oyunlarına hazırlığın gedişi barədə məlumatlandırılıblar.

İclasdan sonra mətbuat konfransı keçirən BOK-un nümayəndəsi Mark Adams bildirib ki, peyvənd məqsədilə “Pfizer” və “BioNTech” şirkətlərinin məhsullarından istifadə ediləcək. Bu zaman Atletlər Kəndinin əksər sakinlərinə peyvənd vurulacaq.

Yaponiyanın NHK telekanalının məlumatına görə, Olimpiadaya qatılacaq idmançıların və digər nümayəndələrin təqribən 70 faizi Oyunlardan əvvəl vaksinasiya olunacaq.

M.Adams, həmçinin bildirib ki, Yaponiyada peyvənd vurulması prosesi hələ də davam etdiyinə görə, sakinlərin əksəriyyəti Olimpiadanın keçirilməsinə mənfi yanaşır. Peyvəndləmənin onlar üçün dəqiq siqnal olacağını söyləyən BOK rəsmisi, Oyunların təhlükəsiz keçəcəyinə əminliyini ifadə edib.

Bununla yanaşı, Olimpiadanın təşkilat komitəsinin sədri xanım Haçimoto Seyko Oyunların keçirilməsinə qarşı müraciətlərin birbaşa idmançılara ünvanlanmasının yolverilməz olduğunu bəyan edib. H.Seyko, həmçinin qeyd edib ki, məmurlar idmançıların yarışlara rahat hazırlaşması üçün lazım olan bütün tədbirləri görməkdədirlər.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.