İDMAN


Tokio Olimpiadasında 10 min tamaşaçının iştirakı nəzərdə tutulub

Bakı, 21 iyun, AZƏRTAC

Tokio Yay Olimpiya Oyunlarında 10 min yerli tamaşaçının iştirakı nəzərdə tutulub. Bununla belə, idman qurğularında tamaşaçı tutumunun 50 faizi qədər tamaşaçıya icazə veriləcək.

AZƏRTAC Kyodo agentliyinə istinadla xəbər verir ki, bu barədə Yaponiya Yay Olimpiya və Paralimpiya oyunlarının təşkilinə məsul nazir Tamayo Marukava mətbuat konfransında bəyan edib.

O qeyd edib ki, infeksiyanın qarşısını almaq üçün bütün tədbirlər görüləcək. Xüsusilə fanatlar qoruyucu maskalar taxmağa, yüksək səslə danışmamağa sövq ediləcək, eləcə də sıxlığın yaranmasına yol verilməyəcək.

Tokio Paralimpiadasına tamaşaçı qəbulu ilə bağlı qərar isə təşkilatçılar tərəfindən iyulun 16-dək veriləcək.

Tokioda 2020-ci ilin yayında keçirilməli olan Yay Olimpiya və Paralimpiya oyunları koronavirus pandemiyası ilə əlaqədar cari ilə keçirilib. Belə ki, Tokioda Olimpiya Oyunlarının iyulun 23-dən avqustun 8-dək, Paralimpiya Oyunlarının isə avqustun 24-dən sentyabrın 5-dək keçirilməsi planlaşdırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.