İDMAN


Tokio Olimpiadasında çıxış edəcək güləşçilərimiz Yaponiyaya yollanıb VİDEO

Bakı, 27 iyul, AZƏRTAC

Tokio Olimpiadasında Azərbaycanı təmsil edəcək güləşçilərimiz iyulun 27-də Yaponiyaya yollanıblar.

AZƏRTAC Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir ki, prosedura uyğun olaraq, Tokioya yollanacaq heyət iyulun 25-26-da COVID-19 testindən keçib. İyulun 27-də isə komandalarımız Yaponiyaya yollanıblar.

Bakı vaxtı ilə saat 16:45-də nümayəndə heyəti Heydər Əliyev Beynəlxalq Aeroportundan İstanbula yola düşüb. Təmsilçilərimiz iyulun 28-də İstanbul-Tokio marşrutu üzrə hərəkət edəcək və yerli vaxtla saat 19:20-də Yaponiyaya çatmaları gözlənilir.

Sərbəst güləş üzrə millimizin tərkibində baş məşqçi Namiq Abdullayev və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq) və Şərif Şərifov (97 kq) yer alıblar. Baş məşqçi Aslan Ağayevin rəhbərliyi altında Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) “Tokio-2020”də qadın güləşçilər arasında uğur qazanmağa çalışacaq. Yunan-Roma güləşi üzrə yarışda isə baş məşqçi Aleksandr Tarakanov və böyük məşqçi Rövşən Bayramovun nəzarəti altında Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) mübarizə aparacaq.

Xatırladaq ki, I-S kateqoriyalı hakim Asif Şirəliyev Olimpiya Oyunlarında ədaləti qoruyacaq referilərin arasında yer alacaq. Olimpiadada güləş yarışları avqustun 1-7-də keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.