İDMAN


Tokio Olimpiadasında əcnəbi qonaqların sayının artırılmasına icazə verilib

Tokio, 4 iyun, AZƏRTAC

Tokio Yay Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçılarının yeni qərarına görə, istənilən nümayəndə heyəti rəhbərliyi müşayiət edəcək əcnəbi qonaqların sayını 12-dən 40-dək artıra bilər.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 4-də NHK telekanalı məlumat yayıb. Bildirilir ki, ilkin mərhələdə ölkə yüksək səviyyədə təmsil olunacağı təqdirdə hər bir nümayəndə heyətinin tərkibinin 12 nəfərdən ibarət olması nəzərdə tutulurdu. Bu tələbdən sonra mühafizə xidmətinin azaldılacağı təqdirdə təhlükəsizlik tədbirlərinin lazımi səviyyədə təşkili ilə bağlı problemlər yaranacağı barədə narahatlıqlar ifadə edilib. Aparılan danışıqlardan sonra Olimpiya Oyunlarında təşkilatçıları müşayiət edən şəxslərin sayının 18-ə, ehtiyac yaranarsa isə 40-a çatdırılması qərara alınıb.

Telekanalın məlumatına görə, xarici dövlətlərin nümayəndələrinə əvvəlcədən vaksinasiyadan keçmə və Yaponiyada 5 gündən artıq qalmamaq tövsiyə ediləcək.

Nümayəndə heyətinə böyük məsafələri qət etmək üçün ictimai nəqliyyatdan istifadəyə də icazə veriləcək. Onlardan kənar şəxslərlə ünsiyyət qurmamaları tələb olunacaq. Bu tələblərlə razılaşan və koronavirusla bağlı analizlərinin nəticələri mənfi olan nümayəndə heyətlərinin üzvləri iki həftəlik karantin rejimindən azad olunacaqlar.

Xatırladaq ki, koronavirus pandemiyasına görə ötən il təşkil edilməli olan Tokio Olimpiadasının vaxtı 2021-ci il iyulun 23-dən sentyabrın 5-nə dəyişdirilib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.