İDMAN


Tokio Olimpiadasının təşkilatçıları koronavirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər

Tokio, 21 iyul, AZƏRTAC

Tokio Olimpiadasının təşkilatçıları koronavirusla əlaqədar Oyunların ləğvinin mümkünlüyünü istisna etmirlər.

AZƏRTAC xəbər verir ki, bu barədə “Tokio-2020”nin təşkilat komitəsinin baş direktoru Toşiro Muto son sutka ərzində oyunlarla əlaqədar daha 10 nəfərin koronavirusa yoluxmasını şərh edərkən deyib. Ümumilikdə artıq 68 nəfərin virusa yoluxduğunu qeyd edən T.Muto xəstəliyin kəskin artacağı təqdirdə Olimpiya Oyunlarının ləğvinin mümkünlüyünü bildirib.

“Biz koronavirusa yoluxma hallarının necə dəyişəcəyini əvvəlcədən söyləyə bilmərik. Buna görə də yoluxma sayı kəskin artacağı təqdirdə biz müzakirələri davam etdirəcəyik.

Əldə edilən razılaşmaya görə, koronavirusla əlaqədar vəziyyətdən asılı olaraq biz beştərəfli müzakirələri yenidən davam etdirəcəyik. Hazırda koronavirusa yoluxma sayı həm arta, həm də azala bilər. Buna görə də biz belə vəziyyət yaranacağı təqdirdə hansı addımları atmalı olduğumuzu düşünürük”, - deyə baş direktor bildirib.

Xatırladaq ki, Olimpiya Oyunlarına iyulun 23-də start veriləcək və yarışlar avqustun 8-dək davam edəcək.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.