Azərbaycan Dövlət İnformasiya Agentliyi

MƏDƏNİYYƏT

Tokio Türk Mədəniyyət Mərkəzi Yaponiyada türk xalqlarının mədəniyyətlərini təbliğ edir VİDEO

Tokio, 12 iyul (AZƏRTAC). Tokioda yerləşən Türk Mədəniyyət Mərkəzinin rəhbəri Abdulla Saqqallı bildirmişdir ki, onun rəhbərlik etdiyi qurum Yaponiyada bütün türk xalqlarının mədəniyyətinin təbliği ilə məşğuldur.

AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə müsahibə verən A.Saqqallı qeyd etmişdir ki, qurum 1997-ci ildə Türkiyə və Orta Asiya Mədəniyyət Mərkəzi kimi fəaliyyətə başlamışdır. Mərkəzdə 16 dil tədris olunmuşdur. Burada türk dili ilə yanaşı, arzu edənlər üçün Azərbaycan, özbək, qazax və qırğız dilləri də öyrədilmişdir. Lakin hazırda həmin dilləri öyrədən mütəxəssislər olmadığından, mərkəzdə yalnız türk dili tədris edilir. İndiyədək dil kurslarında 10 minə yaxın şəxsə türk dili öyrədilmişdir.

Mərkəzin Tokionun məşhur ticarət mərkəzlərindən biri olan Şincukuda 150 kvadratmetrlik sahədə yerləşdiyini deyən A.Saqqallının sözlərinə görə, burada türk əl işləri, ebru sənəti, tətbiqi sənət və miniatür, saz ifaçılığı, türk mətbəxi və digər kurslar da fəaliyyət göstərir. Müəllimlərin əksəriyyəti türklər olsa da, onlarla birlikdə mərkəzdə Türkiyədə müxtəlif sənətləri öyrənmiş yaponlar da çalışırlar. Məsələn, yerli əhalinin xüsusi maraq göstərdiyi saz və ebru sənətini tədris edən müəllimlər bu sənətlərə Türkiyədə yiyələnmiş yaponlardır. Yeri gəlmişkən, qeyd edək ki, saz ifaçılığı müəllimi Kiyoşi Ohira Azərbaycanın saz musiqi alətində də çox məharətlə ifa edir, Azərbaycan mahnılarını və saz havalarını yaxşı bilir. O, artıq 11 ildir ki, mərkəzdə saz və ud ifaçılığı sənətini tədris edir. Hazırda saz ifaçılığı kurslarında 15 nəfər müdavim vardır.

Mərkəzin rəhbəri bildirmişdir ki, burada Quran xətt sənəti kursları da fəaliyyət göstərir. Sözügedən kursları tədris edən müəllim də milliyyətcə yapondur. Hazırda 5 nəfər bu sənəti öyrənir.

Yaponların türk mətbəxinə böyük maraq göstərdiklərini qeyd edən Abdulla Saqqallı, mərkəzdə ayda bir dəfə türk yemək kurslarının da təşkil edildiyini bildirmişdir. Həmin kurslarda 5 növ yeməyin hazırlanmasının öyrədildiyini diqqətə çatdıran A.Saqqallı, hazırda kursda 30 nəfərin bu işi öyrəndiyini söyləmişdir.

Yaponların kilim toxuma sənətinə marağı nəzərə alınaraq, mərkəzdə belə bir kurs da təşkil edilmişdir. Həmin sənəti öyrənmək istəyənlər 26 ildir Yaponiyada yaşayan Həsən bəyin kurslarında təhsil alırlar. Kilim toxuma dəzgahları isə Yaponiyada hazırlanır.

Mərkəzdə yeni kursların açılması məqsədi ilə iş aparıldığını bildirən A.Saqqallı bu sırada çini qabların düzəldilməsi üçün kursun təşkili ilə bağlı danışıqların aparıldığını da qeyd etmişdir.

Türk mədəniyyətinin təbliği məqsədi ilə mərkəzdə digər işlərin görüldüyünü də vurğulayan A.Saqqallı iki ayda bir dəfə yapon alt yazısı ilə türk filmlərinin göstərildiyini demişdir. Yaponlar tərəfindən böyük maraqla qarşılanan filmlər mərkəz tərəfindən hazırlanır.

Bundan əlavə, iki ayda bir dəfə “Türk qəhvəaltısı” da təşkil edilir. Buraya əsasən, kursların iştirakçıları ilə yanaşı, Yaponiyada yaşayan qarışıq ailələr dəvət edilirlər.

Mərkəz qədim adət-ənənələrin təbliğinə də xüsusi diqqət yetirir. Toy ərəfəsində təşkil edilən xına gecəsi, mantı və çiy küftə ziyafətləri yaponlar tərəfindən xüsusi maraqla qarşılanır. Ramazan ayında həm mərkəzdə, həm də ailələrdə təşkil edilən iftar süfrələri də türk mədəniyyətinin təbliği baxımından əhəmiyyətlidir.

İldə iki dəfə təşkil edilən pikniklər barədə danışan mərkəzin rəhbəri bildirmişdir ki, məqsəd yapon və türk xalqlarını biri-birinə daha da yaxınlaşdırmaqdır. Belə tədbirlərdə 100-dən artıq insan iştirak edir.

İldə bir dəfə Türkiyədə təşkil edilən “Sənət gəzintiləri” də mərkəzin üzvləri tərəfindən maraqla qarşılanır. Bu səfərlər zamanı iştirakçılar müxtəlif sənət növləri ilə, məsələn ötən il xətt və ebru, bu il isə mətbəx və əl işləri ilə yerində tanış olmuş, müəyyən biliklər almışlar.

Rəhbərlik etdiyi qurumun müxtəlif olimpiadalara qatıldığını diqqətə çatdıran A.Saqqallı bildirmişdir ki, sonuncu “Mənim Türkiyəm” olimpiadasında mərkəzdən 199 nəfər iştirak etmişdir.

Türk Mədəniyyət Mərkəzinin yalnız Tokioda deyil, eyni zamanda, Senday, Naqoya, Osaka və Ohayama kimi şəhərlərdə də fəaliyyət göstərdiyini qeyd edən A.Saqqallı bununla daha çox yaponların türk mədəniyyətini öyrənmək imkanı qazandıqlarını bildirmişdir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

Tokio Türk Mədəniyyət Mərkəzi Yaponiyada türk xalqlarının mədəniyyətlərini təbliğ edir VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Sabah ölkə ərazisində hava şəraiti dəyişkən buludlu olacaq

“60 çiçək – bir çələng” adlı Zəfər almanaxı işıq üzü görüb

Baş katib: Azərbaycan basketbolunda yeni tarix yazmaq istəyirik

Ən varlı amerikalıların 1 faizinin sərvəti 44,6 trilyon dollara yüksəlib

Milli Kitabxanada 31 Mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir təşkil olunub

Kembricdə şahzadə Filippin heykəlini demontaj edəcəklər

BDU-da Günəş aktivliyinin tədris göstəricilərinə təsiri məsələsi müzakirə olunub

Moskvada MDB İqtisadi Şurasının 101-ci iclası başlayıb

Ölkəyə idxal olunan bir sıra qida məhsullarında uyğunsuzluqlar aşkarlanıb

Səhiyyə Nazirliyi Laçın şəhərində uşaqların kompleks tibbi müayinəsini aparıb və maarifləndirici aksiya təşkil edib

Olimpiya idman növləri üzrə federasiyalar üçün seminar keçirilib

Ramazan bayramı ilə əlaqədar Bakı-Qəbələ-Bakı marşrutu üzrə qatarların hərəkətində dəyişiklik edilir

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti ictimai-iaşə obyektlərinin sahiblərinə çağırış edib

Cənubi Koreyada sürət qatarı ilə doğum səviyyəsi arasında maraqlı əlaqə tapıblar

Bakı kəndləri arasında futbol turniri başlayır 

AzMİU-da maarifləndirici seminar – “Plastik tullantıların təbiətə zərəri”

Dövlət Su Ehtiyatları Agentliyinin sədri Gəncə şəhərində vətəndaşlarla görüşüb

Milli Məclisin növbəti plenar iclasının vaxtı açıqlanıb

Kainatın bir çox sirrini açmağa imkan yaradan texnoloji yenilik

Azərbaycan cüdoçuları “Böyük Dəbilqə” turnirinin ilk günündə medal qazana bilməyiblər

Mart soyqırımı - insanlığın faciəsi

Naxçıvandan olan şəhid ailələrinin üzvləri Şuşada

Bakıda keçiriləcək lisenziya turnirinə satılan biletlərin sayı açıqlanıb

Sağlam və düzgün qidalanmanın ən önəmli qaydalarından biri meyvə və tərəvəzləri mövsümündə istehlak etməkdir

NATO İspaniyada üçüncü hərbi-dəniz bazasını yerləşdirir

GUAM ölkələri insan alverinə və qanunsuz miqrasiyaya qarşı mübarizəni gücləndirəcək

Fövqəladə Hallar Nazirliyi tərəfindən daha bir qanunsuz tikili sökülüb

Yunanıstanda 6 bal gücündə zəlzələ olub

Vüqar Rəhimzadə: XX əsrdə xalqımız böyük bəlalarla üzləşsə də, sınmadı, güc topladı və məqsədinə nail oldu

Azərbaycanda hansı şəxslərin təhsil haqqı dövlət vəsaiti hesabına ödəniləcək?

Ukraynaya raket hücumu nəticəsində 6 bölgənin enerji infrastrukturuna ziyan dəyib

Sumqayıt Kimya Sənaye Parkında ağacəkmə aksiyası keçirilib

Alimlər fövqəlnovanın ən erkən mərhələlərini qeyd edirlər

Qubada III Aqrobiznesin İnkişafı Forumu keçirilir - YENİLƏNİB

Donald Tusk Ukrayna müharibəsinin uzanacağını güman edir

Füzulidə daha 35 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

Azərbaycan Karate Federasiyasında fəxri prezidentlik institutu yaradılır

Dördüncü “Yüksəliş” müsabiqəsinə 14 min nəfərdən çox iştirakçı qeydiyyatdan keçib

Gürcüstanda müsəlman icmasına daha 20 məscid veriləcək

Cəmiyyətin Ermənistan işğalı altında olan kəndlərin azad ediləcəyi ilə bağlı gözləntisi yüksəkdir-SORĞU

Oğuz sakinlərindən nəcib təşəbbüs - yanmış meşə sahələri bərpa edilir FOTO

“Heydər Əliyev və Azərbaycan mərasim mədəniyyəti” kitabı çapdan çıxıb

“Hoa Lo” həbsxanası - Fransanın Vyetnamdakı cinayətlərinin şahidi VİDEO

İnzibati Xətalar Məcəlləsinin bir sıra maddələri üzrə cərimələrin məbləği artırılır

“Şahin” hərbi-idman oyununun Şəki rayon turunda 11 komanda mübarizə aparıb

Elektroenergetika və bərpaolunan enerji sahəsində Texniki Komitə yaradılıb

Məktəbəhazırlıq qruplarında, 4-cü və 6-cı siniflərdə şagirdlərin yerdəyişmə prosesi dayandırılacaq

“N” hərbi hissəsində komanda-qərargah təlimi keçirilib

Müasir imperializm ideyasının sələfi olan Qərb merkantilizmi indi də Ermənistanı “xərcləyir” - ŞƏRH

İKTA operator və provayderlərə radiotezliklərdən səmərəli istifadəni tövsiyə edib

Cinayət-Prosessual Məcəlləyə təklif edilən bir sıra dəyişikliklər təsdiqlənib

Görkəmli ədibin 125 illiyi adını daşıdığı kitabxanada qeyd edilib

Alzheimer xəstəliyi orqan nəqli ilə də yayıla bilər

Hüquqşünas kimi 5 ildən artıq işləyən Azərbaycan vətəndaşları hakim ola biləcəklər

Aprelin 15-dən 19-dək ölkəmizdə quş qripi xəstəliyinə qarşı epizootoloji monitorinq keçiriləcək

Ramiz Əskərin yaradıcılığında əski və çağdaş türk abidələrinin tədqiqi və tərcüməsi - seminar

Ermənistanda Vladimir Solovyovun verilişlərinin yayımı dayandırılıb

Kukla Teatrı aprel repertuarını açıqlayıb

“Qarabağ”ın qapıçısı Azərbaycan və Rusiya çempionatlarını müqayisə edib

Yunis Hüseynov: “Qarabağ” bütün oyunlarını uduzsa belə, çempion olacaq

Mülki Prosessual Məcəlləyə dəyişikliklər təsdiqlənib

Elm və təhsil naziri Samuxda vətəndaşları qəbul edəcək

Bərpa olunan enerji mənbələrindən istifadə sahəsində layihələrin həyata keçirilməsi üzrə komissiyanın iclası keçirilib

Azərbaycanda su təchizatı və kanalizasiya sisteminə qoşulmanın qayda və şərtləri yenilənəcək

“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 132-ci kitabı çapdan çıxıb

Bərdədə “Peşə təhsili və özəl dövlət əməkdaşlığı” mövzusunda regional forum keçirilir

Bill Qeyts: Süni intellekt gələcəkdə asan tapşırıqları da yerinə yetirə bilməyəcək

İqlim dəyişikliyi saatların bir saniyə itirməsinə səbəb ola bilər

Azərbaycanın su qıtlığı probleminin həllində əldə edilən irəliləyişlər müzakirə edilib

Valideynlik hüququndan məhrumetmə barədə iddia qaldıra bilənlərin sayı artırılır

Nazir: TDT-nin platformasından istifadə etməklə biz aqrar sektorun inkişafına töhfə verə bilərik

Türkiyəli nazir: Zəlzələ zonasında 300 min obyekt tikilir

Ölkəmiz ABŞ-da Oyun Tərtibatçıları Konfransında təmsil olunub

Kiyev və Varşava təhlükəsizlik zəmanəti barədə saziş imzalamağı planlaşdırır

Azərbaycan gimnastları Dünya Kubokunda iştirak edəcəklər

ABŞ husilərə aid daha dörd PUA-nın vurulduğunu bildirib

FHN: Ötən sutka ərzində 2-si azyaşlı olmaqla 5 nəfər xilas edilib

Vaşinqtonda Hirşhorn kolleksiyasının sərgisi açılıb

Məktəb psixoloqları üçün müsabiqə

Türkiyədə FETÖ ilə əlaqədə şübhəli bilinən daha 70 nəfər saxlanılıb

BDU-nun müəllimi Rumıniyanın Aleksandr İohan Kuzi adına Yassı Universitetində mühazirə deyib

AMB: Ötən il ixracın 25,9 milyard dolları neft-qaz sektorunun payına düşüb VİDEO

Premyer Liqa: “Sumqayıt” – “Araz-Naxçıvan” oyununun hakimləri bəlli olub

Milli Məclis 21 məsələnin müzakirəsinə başlayıb

Qəbələdə torpağın qanunsuz zəbtinin qarşısı alınıb

Mərkəzi Bank: Ötən il Azərbaycandan xaricə birbaşa investisiya 3 milyard dollardan çox olub VİDEO

Cabbar Qaryağdıoğluna həsr olunmuş “Xalqın mədəni sərvəti” layihəsi davam edir

“Böyük Dəbilqə”: Azərbaycanın 3 cüdoçusu mübarizəyə başlayır

Ötən il Azərbaycan iqtisadiyyatına olan birbaşa xarici investisiyaların həcmi açıqlanıb VİDEO

Tanınmış arxeoloq Tufan Axundov vəfat edib

“Anev-2024 Türk dünyasının mədəniyyət paytaxtı” ilinin açılış mərasimi keçirilib

Ötən il cari əməliyyatlar hesabının profisiti 8,3 milyard ABŞ dolları olub VİDEO

Madaqaskarda qasırğa 14 nəfərin həyatına son qoyub

Kişi voleybolçuların Yüksək Liqasında növbəti oyun keçiriləcək

AMEA Naxçıvan bölməsinin Rəyasət Heyətinin iclası keçirilib

Premyer Liqa: “Qarabağ” üçün çempionluq oyunu, “Neftçi” autsayderə qarşı

Cənubi Afrikada avtobus qəzası nəticəsində 45 nəfər ölüb

Ombudsman 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar bəyanat yayıb

Azərbaycanda ilk sosial televiziya fəaliyyətə başlayacaq

Xırdalanda əl qumbaraları və partladıcılar tapılıb VİDEO