İDMAN


Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə reqbi-7 üzrə test yarışları keçirilib

Bakı, 27 aprel, AZƏRTAC

Tokio Yay Olimpiya Oyunlarına hazırlıq məqsədilə Yaponiyanın paytaxtındakı Milli Stadionda reqbi-7 üzrə test yarışları keçirilib.

AZƏRTAC xəbər verir ki, dörd komandanın iştirak etdiyi yarış “Tokio-2020”nin təşkilat komitəsinin rəhbərləri tərəfindən izlənilib.

Yarışa oyunçular və komanda heyəti daxil olmaqla, ümumilikdə 270 nəfər cəlb edilib. Azarkeşlər tribunaya buraxılmayıb. Təşkilatçıların sözlərinə görə, test yarışlarının əsas məqsədi logistika və koronavirus əleyhinə tədbirlərin hazırlanması olub. Müşahidəçilər oyunçuların sosial məsafəyə riayət etməsini, topların və soyunma otaqlarının dezinfeksiya edilməsini diqqətlə izləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.