DÜNYA


Tokio dairə məhkəməsi Karlos Qonun işi ilə bağlı dinləmələri sentyabrda keçirəcək

Tokio, 22 mart, AZƏRTAC 

Tokio dairə məhkəməsi “Nissan” şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonun işi ilə bağlı ilk dinləmələri sentyabrda keçirməyi planlaşdırır.

AZƏRTAC xəbər verir ki, bu barədə Kyodo agentliyi məlumat yayıb.

Xatırladaq ki, K.Qon maliyyə alətləri və birjalarda “Nissan” şirkətinin qiymətli kağızları barədə hesabatlarda öz gəlirlərini gizlətməkdə ittiham olunur. Həmçinin ona göstərilən inamdan həddindən artıq ağır dərəcədə sui-istifadə də təqsirli bilinir.

Tokio dairə məhkəməsində bir araya gələn məhkəmə nümayəndələri, prokurorlar və K.Qonun vəkillər qrupu qarşıda gözlənilən iş ilə bağlı prosedur məsələləri müzakirə ediblər.

Prokurorların bildirdiyinə görə, onlar məhkəməyə K.Qon 1999-cu ildə “Nissan” şirkətinin korporativ rəhbəri kimi Yaponiyaya gəldikdən sonra onun gəlirlərinin 31 milyard 400 milyon yen (təqribən 280 milyon dollar) təşkil etməsi barədə məlumat verməyə hazırlaşırlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.