DÜNYA


Tokio dairə məhkəməsi növbəti dəfə Karlos Qonu girov müqabilində azad edib

Tokio, 25 aprel, AZƏRTAC

Aprelin 25-də Tokio dairə məhkəməsi “Nissan” avtomobil şirkətinin direktorlar şurasının sabiq sədri Karlos Qonu ikinci dəfə girov müqabilində azadlığa buraxıb.

Xatırladaq ki, K.Qon birinci dəfə martın 6-da 108 gün həbsdə saxlandıqdan sonra girov müqabilində azad edilmişdi. Lakin aprelin 4-də o, yenidən həbs olunmuşdu. Həbsdən sonra K.Qonun vəkilləri onun girov müqabilində azad olunması xahişi ilə müraciət etmişdilər.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.