DÜNYA


Tokio hökuməti koronavirusa görə tətbiq edilən məhdudiyyətləri yumşaldacaq

Tokio, 30 may, AZƏRTAC

Tokio hökuməti paytaxtda koronavirusa yoluxanların sayının azalmasını nəzərə alaraq tətbiq edilən məhdudiyyətləri yumşaltmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, bu barədə məlumat verən Tokionun qubernatoru xanım Koike Yuriko istirahət günlərindən sonra məhdudiyyətlərin yumşaldılacağını bildirib.

Qubernator bəyan edib ki, yumşaltmaların növbəti mərhələsinə iyunun 1-də start veriləcək. Həmin tarixdən idman zallarının, teatr və çox da əhəmiyyətli mallar satmayan mağazaların fəaliyyəti bərpa olunacaq. Bununla yanaşı, restoran və kafelərdən fəaliyyətlərini gecə saat 10-dək davam etdirmək xahiş olunacaq.

Bildirilir ki, bu istirahət günlərində həmin obyektlərin əməkdaşları müştəriləri qarşılamaq üçün müvafiq tədbirlər görürlər.

Eyni zamanda, son günlər Tokioda yeni yoluxma hallarının sayının artdığı da qeyd edilir. Rəsmi nümayəndələrin bildirdiyinə görə, bu göstərici ilə yanaşı, məhdudiyyətlərin iqtisadiyyata təsiri, həmçinin yerli səhiyyə sisteminin mövcud durumu əsas götürülür.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.