DÜNYA


Tokio hökuməti koronavirusla mübarizə məqsədilə 310 milyard yen məbləğində əlavə büdcəni qəbul edib

Tokio, 28 iyul, AZƏRTAC

Yaponiya paytaxtının hökumət orqanları koronavirusun yayılmasının qarşısını almaq məqsədilə 310 milyard yen (təqribən 2,9 milyard dollar) məbləğində əlavə büdcə layihəsini qəbul edib.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, ayrılan vəsait əsasən koronovirus pandemiyası ilə əlaqədar fəaliyyətini dayandıran müəssisələrə yardım üçün nəzərdə tutulur. Bununla yanaşı, həmin vəsaitin bir hissəsinin səhiyyə müəssislərinin işini yaxşılaşdırmağa yönəldiləcəyi də bildirilir.

Xatırladaq ki, Tokionun cari maliyyə ili üçün dövlət büdcəsi 7,35 trilyon yen (təqribən 69,7 milyard dollar) məbləğində təsdiq olunub.

Əlavə olaraq qeyd edək ki, Yaponiyada koronavirusa yoluxanların sayı artmaqda davam edir. Belə ki, son məlumatlara görə bu ölkədə virusa yoluxanların ümumi sayı 31 mini ötüb. Onlardan 1011-nin həyatını itirdiyi bildirilir. Bununla yanaşı, paytaxt Tokionun ölkə üzrə koronavirusun ən çox yayıldığı ərazi olduğu da qeyd edilir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.