DÜNYA


Tokio metrosunda köməkçi robotlar sınaqdan keçirilir

Tokio, 2 oktyabr, AZƏRTAC 

Yaxın vaxtlarda Tokio metrosunun sərnişinlərinə robotların kömək göstərəcəyi gözlənilir.

AZƏRTAC xəbər verir ki, Yaponiya hökuməti həmin robotları noyabrın sonlarından başlayaraq üç ay ərzində paytaxt metrosunun altı stansiyasında sınaqdan keçirməyi planlaşdırır.

Bu robotların bəziləri sərnişinlərə ilkin tələbat yerlərini və ya çıxışı tapmaqda yardım edəcək. Digər robotlar isə yeraltı nəqliyyatda təhlükəsizliyin təmin olunmasına cəlb ediləcək. Onlar stansiyada patrul xidməti çəkərək, şübhəli əşyalar aşkar etdikdə bu barədə dərhal əməkdaşları xəbərdar edəcəklər.

Robotlardan istifadənin stansiyaların fəaliyyətinin səmərəliliyini artıracağı gözlənilir.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.