DÜNYA


Tokio metrosunda zarin qazı ilə hücumun qurbanlarının xatirəsi anılıb

Tokio, 17 mart, AZƏRTAC 

Tokio metrosunda 1995-ci ildə zarin qazı ilə hücum nəticəsində həlak olanların qohumları faciənin 24-cü ildönümü ilə əlaqədar xatirə mərasimi keçiriblər.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Aum Şinrikyö” təriqətinin üzvləri tərəfindən törədilən həmin terror aktı nəticəsində 13 nəfər həlak olmuş, 6300 nəfər isə xəsarət almışdı.

Həmin cinayəti törətməkdə şübhəli bilinən 13 nəfərin hamısı ötən ilin iyulunda edam edilib.

Mərasim iştirakçılarına videomüraciət ünvanlayan Yaponiyanın sabiq ədliyyə naziri Yoko Kamikava bildirib ki, bu barədə qərarı uzun müddət və dərindən düşündükdən sonra qəbul edib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.