DÜNYA


Tokio qülləsi Ay təqvimi ilə Yeni il ərəfəsində qırmızı rəngə boyanıb

Tokio, 5 fevral, AZƏRTAC

Yaponiya paytaxtının ən məşhur rəmzlərindən biri sayılan Tokio qülləsi Ay təqvimi ilə Yeni ili qarşılayan çinli qonaqları salamlamaq məqsədilə qırmızı rəngə boyanıb.

AZƏRTAC xəbər verir ki, fevralın 4-də - Ay təqvimi ilə Yeni il ərəfəsində Tokio qülləsi Yaponiyada yaşayan çinlilərin təşəbbüsü ilə xüsusi rənglə işıqlandırılıb. Tokio qülləsinin boyandığı qırmızı rəng Çində uğur əlaməti hesab edilir.

Yaponiyanın Baş naziri Şinzo Abe Yeni il münasibətilə videotəbrikində bəyan edib ki, növbəti ildə Yaponiya ilə Çin xalqları arasında əlaqələrin möhkəmlənməsi üçün var gücü ilə çalışacaq.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.