DÜNYA


Tokio yaxınlığında 5,3 bal gücündə zəlzələ olub

Tokio, 12 oktyabr, AZƏRTAC

Oktyabrın 12-də yerli vaxtla saat 13:16 dəqiqədə Tokio yaxınlığındakı Çiba prefekturasında 5,3 bal gücündə zəlzələ baş verib.

AZƏRTAC Yaponiya Milli Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, zəlzələnin episentri prefekturanın şimal-şərqində, ocağı 50 kilometr dərinlikdə yerləşib.

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami təhlükəsi elan edilməyib.

Yeraltı təkanlar Çiba və İbaraki prefekturalarında, o cümlədən paytaxt Tokioda hiss olunub.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.