DÜNYA
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub
Tokio, 19 iyul, AZƏRTAC
Tokioda 2020-ci ildə keçiriləcək Yay Olimpiya Oyunlarının cədvəli təsdiq olunub.
AZƏRTAC oyunların rəsmi saytına istinadla xəbər verir ki, proqrama 33 idman növü üzrə 339 yarış daxil edilib.
İlk yarışlar iyulun 22-23-də keçiriləcək. İyulun 24-də rəsmi açılış mərasimi planlaşdırılır və növbəti gün ilk medallar uğrunda yarışlar baş tutacaq. Avqustun 9-da yarışların bağlanış mərasimi keçiriləcək.
Qeyd edilir ki, beysbol və softbol üzrə turnirlər zamanı oyunların cədvəli dəyişdirilə və ya ona əlavələr edilə bilər. Futbol üzrə oyunların cədvəli isə FIFA tərəfindən cari ilin oktyabrında təsdiq ediləcək.
BOK-un 2016-cı ilin yayında keçirilən sessiyası zamanı 2020-ci il Olimpiadasının proqramına beş yeni idman növünün daxil edilməsi barədə qərar qəbul olunub. Buraya beysbol/softbol, karate, serfinq, dağa dırmanma və skeytbordinq idman növləri daxildir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [20:43]
Lavrov: Ermənistandakı vəziyyət nikbinlik yaratmır
- 28.03.2024 [19:46]
İtaliya İsraili Rəfahda hərbi əməliyyat keçirməməyə çağırıb
- 28.03.2024 [18:54]
Nyu-Yorkun mərkəzində avtomobil sürmək üçün rüsum ödəniləcək
- 28.03.2024 [18:49]
Roma Papasının səhhəti yaxşılaşıb
- 28.03.2024 [18:45]
N.Paşinyan: Ermənistanda yalnız bir hökumət var və ikincisi ola bilməz
- 28.03.2024 [18:31]
Türkiyə Qəzzaya növbəti humanitar yardım gəmisi göndərib
- 28.03.2024 [18:26]