DÜNYA
Tokioda Olimpiada zamanı siqaretin qadağan edilməsinə həsr olunan konfrans keçirilib
Tokio, 20 fevral, AZƏRTAC
Yaponiya paytaxtında təşkil olunan beynəlxalq konfransın iştirakçıları 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya Oyunları zamanı siqaretin qadağan olunması məsələsini müzakirə ediblər.
AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, Tokio Səhiyyə Assosiasiyası tərəfindən təşkil edilən beynəlxalq konfransda Yaponiyada və xarici ölkələrdə səhiyyə sahəsində çalışan 150-dən çox mütəxəssis iştirak edib.
Assosiasiyanın sədri Haruo Ozaki bildirib ki, Beynəlxalq Olimpiya Komitəsi və Ümumdünya Səhiyyə Təşkilatı 2010-cu ildən başlayaraq olimpiadaların siqaretin qadağan olunduğu şəhərlərdə təşkili barədə razılığa gəliblər.
Yaponiya paytaxtının qubernatoru Yuriko Koike deyib ki, onun administrasiyası Olimpiadanı qəbul etməyə hazırlaşan Tokionun həmin tələbə cavab verə bilməsi üçün müvafiq qərar layihəsini hazırlayacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio