DÜNYA


Tokioda “SARS-CoV-2” virusuna rekord sayda yoluxma qeydə alınıb

Bakı, 27 iyul, AZƏRTAC

Tokioda son 24 saat ərzində baş verən yoluxma hallarının sayı, heç vaxt qeydə alınmayıb.

AZƏRTAC xarici KİV-lərə istinadla xəbər verir ki, bu gün Olimpiya Oyunlarına ev sahibliyi edən Tokioda rəsmi şəxslər, 2848 yeni yoluxanlar da daxil olmaqla, Yaponiya paytaxtında indiyədək qeydə alınmış “SARS-CoV-2”yə ən çox gündəlik yoluxma hallarının qeydə alındığını elan ediblər.

Tokio səlahiyyətliləri yeni yoluxma hallarının sayının bu ilin yanvarın 7-də qeydə alınan rekordu (2520 yoluxma) keçdiyini bildiriblər.

Tokioda Olimpiya və Paralimpiya Oyunları zamanı avqustun 22-nə qədər davam edəcək dördüncü fövqəladə vəziyyəti yaşayırlar.

Ekspertlər virusun “Delta” variantının Olimpiya Oyunları zamanı yoluxma hallarının birdən-birə artmasına səbəb ola biləcəyi barədə xəbərdarlıq ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.