DÜNYA


Tokioda TICAD-ın nazirlər səviyyəsində konfransı başa çatıb

Tokio, 8 oktyabr, AZERTAC 

Tokioda iki gün davam edən Afrikanın İnkişafı üzrə Tokio Beynəlxalq Konfransı (TICAD) başa çatıb.

AZƏRTAC NHK telekanalına istinadla xəbər verir ki, konfransda yardım alan ölkələrin maliyyə vəziyyətinin nəzərə alınması xüsusi qeyd edilib.

Tədbirin nəticələri oktyabrın 7-də yerli mətbuatda dərc edilib. TICAD çərçivəsində növbəti görüşün gələn ilin avqustunda Yokohamada keçirilməsi qərara alınıb.

Konfrans çərçivəsində nazirlər yardım alan ölkələrin maliyyə sağlamlığının və kredit qabiliyyətliliyinin təmin olunmasını davamlı inkişafın əsas şərti kimi qeyd ediblər.

Analitiklərin fikrincə, bəzi ölkələr infrastruktur sahəsində nəhəng layihələrlə bağlı Çinin təklif etdiyi böyük kreditlər nəticəsində fövqəladə dərəcədə ağır borca düşə bilərlər.

Nazirlər bildiriblər ki, onlar ictimai və fərdi sektor tərəfindən investisiyaların cəlb olunması üçün ölkələrində biznes şəraitinin yaxşılaşdırılmasına çalışacaqlar.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.