DÜNYA


Tokioda anbarda baş vermiş yanğının söndürülməsinə 50 yanğınsöndürən maşın cəlb edilib

Tokio, 21 iyun, AZƏRTAC 

İyunun 20-də Tokiodakı ərzaq məhsulları anbarında baş verən yanğının söndürülməsinə 50 yanğınsöndürən maşın cəlb olunub. Yanğını 6 saata söndürmək mümkün olub. Bu barədə Kyodo agentliyi məlumat yayıb.

Məlumatda qeyd edilir ki, yanğın “Meiji” şirkətinin Koto-ku rayonunda yerləşən anbarında baş verib. Yanğı zamanı hadisə yerində 25 nəfər çalışırmış.

Polisin bildirdiyinə görə, yanğın dördmərtəbəli binanın ikinci mərtəbəsində başlayıb. NHK telekanalının yaydığı məlumatda isə bildirilir ki, yanğın təxminən 5 min kvadratmetr ərazini əhatə edib.

Həmin anbar əsasən süd məhsullarının istehsalı ilə məşğul olan şirkətin bazası rolunu oynayırdı. Cari ilin martında binanın sökülməsi işlərinə başlanılıb. Yanğın yaşayış binalarından və metro stansiyasından 300 metr məsafədə baş verib.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.