DÜNYA


Tokioda azad ticarətə dair müzakirələr aparılır

Tokio, 9 aprel, AZƏRTAC 

Yaponiya, Çin və Koreya Respublikasının nümayəndələri azad ticarət haqqında razılaşma barədə müzakirələrə başlayıblar.

AZƏRTAC xəbər verir ki, aprelin 9-da Tokioda başlayan müzakirələr 4 gün davam edəcək. Gündəlikdə əqli mülkiyyətin qorunması barədə məsələnin əsas olduğu bildirilir.

Yaponiya nümayəndələri rəsmi Pekin ilə Vaşinqton arasında ticari danışıqlarda əngələ çevrilmiş məsələdə Çin tərəfi ilə razılıq əldə olunacağına ümid edirlər.

Danışıqlar zamanı, həmçinin kənd təsərrüfatı məhsullarına rüsumların tətbiqi və elektron ticarət qaydaları məsələlərinin müzakirə ediləcəyi də bildirilir.

Qeyd edək ki, bu, üçtərəfli danışıqların sayca 15-ci raundudur. Lakin 2013-cü ildən indiyədək danışıqlarda hər hansı uğur əldə edilməyib.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.