DÜNYA


Tokioda iyunda 1875-ci ildən bəri rekord səviyyədə istilər qeydə alınıb

Tokio, 30 iyun, AZƏRTAC

İyunun 30-da Tokioda 1875-ci ildən bəri başlayan müşahidələrə görə görünməmiş istilər qeydə alınıb. Azı 11 nəfərin həyatını itirdiyi bildirilir.

AZƏRTAC Yaponiya Meteorologiya Agentliyinə istinadla xəbər verir ki, termometrin civə sütunu günorta saatlarında 36,4 dərəcə Selsi göstərib. Tokionun qonşuluğunda yerləşən Saytama prefekturasında günorta saatlarında 38,4-39,8 dərəcə Selsi istilər qeydə alınıb.

Bildirilir ki, Yaponiya paytaxtında isti hava ötən həftənin sonlarında başa çatan yağışlar fəslindən sonra müşahidə olunub. Paytaxt regionu üçün bu ilki yağışlar fəsli 1951-ci ildən, meteoroloqların müvafiq statistikanı aparmağa başlamasından bəri ən qısa müddətli olub. Ötən istirahət günlərində Yaponiyanın şərqində yerləşən İsesaki şəhərində ən yüksək istilər – 40,1 dərəcə Selsi qeydə alınıb.

Tokio rəsmilərinin bildirdiyinə görə, iyunda paytaxt regionunda azı 11 nəfər günvurması nəticəsində həyatını itirib. Bunun son 10 illər ərzində qeydə alınan ən yüksək göstərici olduğu vurğulanır. Həyatını itirənlərin əksəriyyətinin 70-90 yaş arası sakinlər olduğu qeyd edilir.

Tokio Yanğınsöndürmə Departamenti əhaliyə kondisionerdən istifadə etməyi, tez-tez su içməyi, günün isti saatlarında günəş altında gəzməməyi tövsiyə edir.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.