İDMAN


Tokioda keçiriləcək yüngül atletika üzrə dünya çempionatının tarixi dəyişdirilib

Tokioda keçiriləcək yüngül atletika üzrə dünya çempionatının tarixi dəyişdirilib

Tokio, 1 dekabr, AZƏRTAC

Dünya Atletika Şurası 2025-ci ildə Tokioda keçiriləcək dünya çempionatının tarixinin isti hava şəraitinə görə sentyabra dəyişdirilməsi barədə qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, bu barədə dekabrın 1-də NHK telekanalı məlumat yayıb. Məlumata əsasən, həmin qərar Romada keçiriləcək görüşdə təsdiq edildikdən sonra yarışlar sentyabrın 13-dən 21-dək təşkil olunacaq.

Qeyd edilir ki, bu, 2019-cu il sentyabrın sonu oktyabrın əvvəllərində Dohada keçirilmiş çempionatdan sonra ikinci ən uzun müddətli yarış olacaq.

Yaponiya Atletika Federasiyasının yaydığı məlumata görə, dünya çempionatları adətən iyul və ya avqust aylarında keçirilir. Lakin həmin aylarda Yaponiyada havalar çox isti keçdiyinə görə Tokioda keçiriləcək yarışların tarixi sentyabra dəyişdirilib.

Bildirilir ki, Atletika üzrə Dünya Çempionatı 2025-ci ildə Tokioda yerləşən Milli stadionda təşkil ediləcək. Bu yarışlarda dünyanın 210 ölkəsindən və regionundan 2000-dək idmançının iştirakı gözlənilir.

Xatırladaq ki, ötən il Tokioda keçirilən Olimpiya Oyunları zamanı iyulun sonu avqustun əvvəllərində nəzərə tutulan marafon və idman yerişi yarışlarının məkanı məhz isti havaya görə Hokkaydo adasında yerləşən Sapporo şəhərinə dəyişdirilmişdi.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.