Azərbaycan Dövlət İnformasiya Agentliyi

İQTİSADİYYAT

Tokioda keçiriləcək “JFEX-2022” beynəlxalq sərgisində Azərbaycan şirkətləri də təmsil olunacaq

Tokio, 8 iyun, AZƏRTAC

İyunun 22-dən 24-dək Tokionun möhtəşəm “Big Sight” sərgi salonunda təşkil olunacaq “Japan Food Expo Fair-2022” ( JFEX-2022) beynəlxalq sərgisində Azərbaycan şirkətləri də ilk dəfə geniş şəkildə təmsil olunacaq.

Bu sözləri AZƏRTAC-ın Yaponiyadakı xüsusi müxbirinə məxsusi müsahibəsində Yaponiyanın “TET International Development Co.LTD” şirkətinin prezidenti Taro Savada deyib. Müsahibəni oxucularımıza təqdim edirik.

-Hörmətli Savada-san, bu yaxınlarda Tokioda keçiriləcək ərzaq məhsulları sərgisində sizin təşkilatçılığınızla Azərbaycan şirkətlərinin geniş tərkibdə iştirakı gözlənilir. Sərginin məqsədi və Azərbaycan şirkətlərinin həmin sərgiyə qatılmasının səbəbləri barədə nə deyə bilərsiniz?

- Əsas məqsədimiz Azərbaycanın “Made in Azerbaijan” brendi ilə tanınan yüksək keyfiyyətli, xüsusilə də orqanik məhsulları ilə Yaponiyanın daxili bazarını tanış etməkdir. Bu məhsullar həm hazır, həm də xammal şəkildə yapon iş adamlarına təqdim ediləcək.

Bu sərgidə iştirak edən Azərbaycan şirkətləri yüksək vizyona malik, ölkə daxilində uğur qazanan və xaricə, xüsusən də Asiya bazarına çıxmaqda maraqlı olan şirkətlərdir.

Mən çox şadam ki, yapon xalqı zaman keçdikcə möhtəşəm Azərbaycan haqqında daha məlumatlı olmağa başlayıb.

- Azərbaycan ilk dəfə bu sərgidə çox geniş tərkibdə və böyük stendlə təmsil olunacaq. Sərgiyə qatılacaq Azərbaycan şirkətləri haqqında nə deyə bilərsiniz? Bu şirkətlər əsasən hansı istiqamətlərdə fəaliyyət göstərir?

- Ötən dövrdə paytaxt Tokioda və Osakada təşkil olunmuş üç sərgidə Azərbaycan məhsullarını artıq nümayiş etdirmişik. Budəfəki sərgi isə Yaponiyada təşkil edilən ərzaq məhsullarının və içkilərin ən böyük sərgilərindən biri olacaq və bu tədbirdə Yaponiyanın hər yerindən təxminən 15 min alıcının qatılacağı gözlənilir. Planlaşdırdığımız kimi, Azərbaycan stendi üç tərəfi olan, təqribən 55 kvadratmetr sahəni əhatə edəcək böyük sərgi sahəsi olacaq və burada Azərbaycan məhsullarının təqdimatı üçün mükəmməl şərait yaratmağa çalışacağıq. Sərgidə iştirak edəcək Azərbaycan şirkətlərinin təqdim etdiyi şərab, nar şirəsi, fındıq, xurma qurusu, müxtəlif çeşiddə digər quru meyvələr, bal, ədviyyatlar və digər məhsullar yer alacaq. Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi - AZPROMO, Azərbaycan Sahibkarlar Federasiyası (ASK) və “Ailə Biznesinə Asan Dəstək” (ABAD) şirkətinin dəstəyi ilə sərgiyə qatılmaq üçün iştirakçı şirkətlərin nümayəndələri Tokioya gələcəklər. Bu, həmin şirkətlərin Yaponiya bazarına daxil olması üçün mühüm imkan deməkdir.

-Sizcə Azərbaycan məhsulları yüksək keyfiyyət tələbi ilə seçilən Yaponiya bazarında özünə yer tuta bilərmi?

- Adətən belə sərgilərdə Yaponiyanın müxtəlif prefekturalarından gələn alıcılar yeni gətirilən xarici məhsullara böyük maraq göstərirlər. Bu sərgi Azərbaycanın bir neçə yüksək keyfiyyətli məhsulunun birlikdə Yaponiya bazarına çıxarılacağı ilk şans olduğuna görə, alıcıların onları bəyənəcəyinə əminik.

-Sərgi çərçivəsində Yaponiya şirkətlərinin Azərbaycan məhsullarına marağını artırmaq üçün hansı addımların atılması planlaşdırılır?

- Biz sərgidə iştirak edən şirkətlər və Azərbaycanın dövlət qurumları tərəfindən təqdim olunacaq fotoşəkilləri, videoları və broşürləri əvvəlcədən yapon dilində hazırlamışıq. Biz bütün alıcılarda qalıcı təəssürat yarada biləcək dizayn təqdim etməyə çalışacağıq. Həmçinin komandamızın üzvlərindən 10 nəfər yapon əməkdaşı müştərilərlə işləmək üçün sərgiyə göndərəcəyik.

-Sizin şirkət tərəfindən ölkəmizin ərzaq məhsullarının və içkilərinin həm Yaponiya, həm də ətraf ölkələrin bazarlarına çıxarılması məqsədilə gələcəkdə atılması nəzərdə tutulan addımlar barədə nə deyə bilərsiniz?

- Arzumuz Yaponiya bazarını Azərbaycanın hər yerindən mallarla təmin etməkdir. Yapon bazarını təmin edə bilsək, Koreya, Çin və digər Asiya bazarlarına ixracımızı təşviq edə bilərik. Düşünürəm ki, Yaponiya bazarının xüsusiyyətlərini nəzərə alaraq əldə ediləcək uğur və burada əldə ediləcək təcrübə ilə digər ölkələrin bazarlarına daxil olmaq nisbətən asan olacaq.

Azərbaycanın gözəl məhsullarını yalnız bu sərgidə deyil, davamlı olaraq Yaponiya bazarına təqdim etməyi nəzərdə tuturuq. Bizə etibar edə bilərsiniz.

-Maraqlı müsahibə üçün minnətdarıq.

 

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Boeing” şirkəti 17 000 iş yerini ixtisar edir

Masallıda yol-nəqliyyat hadisəsi nəticəsində piyada həyatını itirib

Bakıda rus bəstəkarın 180 illiyi qeyd ediləcək

İsveç və Danimarka qəzetlərində Azərbaycan səfirinin COP29-dakı təşəbbüslər haqqında məqalələri dərc olunub

İtaliyanın Albaniyada tikdiyi düşərgələr miqrant qəbuluna hazırdır

Baltik dənizində yanğının baş verdiyi neft tankeri Rostok limanına gətirilib

Gözlənilən ömür artımı yavaşlayır - TƏDQİQAT

Katarakta Avropada ən çox edilən əməliyyat olub

Xalq şairi Vahid Əziz sumqayıtlıların qonağı olub

Millətlər Liqası: Türkiyə və Almaniya qalib gəlib

Xəzər dənizində zəlzələ baş verib

Avroliqa: Azərbaycan millisinin basketbolçusunun oynadığı komanda qalib gəlib

Bakıda “INMerge Innovasiya Sammiti” başa çatıb

XIN: Niderland Parlamentinin Nümayəndələr Palatasının iki qətnaməsini qətiyyətlə rədd edirik

Fernandu Santuş: Çatışmazlıqların üzərində işləməliyik

Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib

Millətlər Liqası: Azərbaycan yığması Estoniyaya məğlub olub YENİLƏNİB-4

İrakli Kobaxidze: Almaniya Bundestaqının Gürcüstana dair qətnaməsinin demokratiya ilə heç bir əlaqəsi yoxdur

“Kosmik səyahət: ulduzlara doğru” - tədbir

Sahibə Qafarova Qazaxıstan Parlamenti Senatının sədri ilə görüşüb

Fransanın tanınmış aşpazı kitabında Azərbaycan mətbəxindən reseptlər təqdim edib

Azərbaycan ilə İspaniya arasında siyasi məsləhətləşmələr keçirilib

Üçüncü “Uğur yolu” müsabiqəsinin qalibləri ilə görüş keçirilib

Olaf Şolts: Almaniya qətiyyətlə Ukraynanın yanındadır

AZƏRTAC-ın əməkdaşı “Dünya Conşana gəlir” layihəsində iştirak edib

® “AzInTelecom” “INMerge İnnovasiya Sammiti 2024”də iştirak edib

“Vətənim Qərbi Azərbaycan” rəsm müsabiqəsinin yekun sərgisi keçirilib

Paytaxt məktəblərinin fəaliyyəti müzakirə olunub

® “Kapital Bank”ın dollar istiqrazlarının 2-ci tranşı filiallarda satışa çıxarılıb

Bakıda keçirilən Pre-COP29 konfransına yekun vurulub

Bakıda mövcud avtobus zolağının uzunluğu açıqlanıb

Türkiyənin İzmir və İstanbul şəhərlərində “Azərbaycan mədəniyyət və sənət günləri” keçiriləcək

Azərbaycanda vergiödəyicilərinin sayı 6 faizə yaxın artıb

Raket və artilleriya bölmələrində atəş tapşırıqları icra olunub

Bakı metrosunda qatarların hərəkəti 2 dəqiqə yubanıb

IDEA İctimai Birliyi “PASHA Qrupu”nun dəstəyi ilə növbəti təmizlik aksiyası təşkil edib

Regionlarda ali təhsil: reallıqlar və perspektivlər

Tunis Respublikasının Prezidenti Zati-aliləri cənab Kays Sayidə

Tbilisidəki “Axali Taoba” məktəbində Azərbaycan, Türkiyə və Gürcüstan dostluğuna həsr olunmuş tədbir keçirilib

Sahib Paşazadə: Pakistanda festivalda iştirakımız kifayət qədər məhsuldar oldu

BDU kitabxanalar üçün beynəlxalq konsorsiumun Baş Assambleyasında təmsil olunub

Azərbaycan bir neçə ərazidən heyvandarlıq və quşçuluq məhsullarının idxalına məhdudiyyət qoyub

“Muğam hər bir ifaçının səsi ilə yenilənir, inkişaf edir” - Mənsum İbrahimovla söhbət

ICESCO-nun nümayəndə heyəti Ağdam şəhərinə səfər edib

İsrail mətbuatı Niderland parlamentini Azərbaycana qarşı qərəzli mövqeyinə görə qınayıb

Millətlər Liqası: Estoniya – Azərbaycan oyunu üçün start heyətləri açıqlanıb

Göygöldə keçirilən forumda innovativ texnologiyaların kənd təsərrüfatında üstünlüklərindən danışılıb

Bakıda Pre-COP29 çərçivəsində iqlim fəaliyyətində insan inkişafının rolu üzrə mühüm tədbir keçirilib

ABŞ mətbuatı: Ermənilərin səslərini qazanmaq istəyən Adam Şiff Azərbaycanın ABŞ-a etdiyi yaxşılıqları qiymətləndirmir

COP29-un keçiriləcəyi Bakı Olimpiya Stadionunda ərazi bölgüsünün necə aparıldığı açıqlanıb

“Azərbaycanda müasir ekologiya problemləri və onların həlli yolları” - seminar

AZAL karbon emissiyalarının kompensasiyası proqramına start verir

Elxan Əzizov: Süni intellektin inkişafı texnoloji asanlıq gətirməklə yanaşı, bir sıra narahatlıqlar da doğurur

Milli Məclisin sədri Düşənbədə Özbəkistan Ali Məclisi Senatının sədri ilə görüşüb

Alim: Azərbaycanın COP29-a uğurla ev sahibliyi edəcəyinə əminəm

Almaniya millisinin sabiq üzvü: Azərbaycanlı uşaqlara futbolun sirlərini öyrətmək istəyirəm

Ağcabədidə şəhid Məhəmməd Məmmədovun ailəsi ziyarət edilib

İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə olan müraciətlərin sayı açıqlanıb

Gömrük orqanına bəyan edilməyən qızılın ölkəyə gətirilməsinin qarşısı alınıb

Bakı Apellyasiya Məhkəməsinin inzibati binasının yeni korpusu istifadəyə verilib

Yeni Suraxanı qəsəbəsində qanunsuz tikilinin qarşısı alınıb

® İnnovasiya və texnologiyanın birləşdiyi “INMerge” İnnovasiya Sammiti davam edir

COP-a hazırlıq konfransında Azərbaycan sədrliyinin “İqlim və Sülh bağlantısı” mövzusunda təşəbbüsləri geniş dəstək qazanıb

Rabatda Azərbaycan-Mərakeş əlaqələrinin tarixinə həsr olunmuş seminar keçirilib

Baş prokuror Gəncə şəhərində vətəndaşları qəbul edib

Regional məsələlər komitəsi bələdiyyələrlə bağlı qanun layihələrini plenar iclasa tövsiyə edib

Məsut Özilin Azərbaycana səfərinin səbəbi bəlli olub

Xaçmazda minik avtomobilləri toqquşub, ölənlər var

“AzInTelecom”un sədri: İki Data Mərkəzin inşasında karbon materiallarından istifadə olunacaq

Naxçıvanda 5345 yeni vergi ödəyicisi qeydiyyata alınıb

Zelenski: Əsirlikdə olan ukraynalıların geri qaytarılmasında Müqəddəs Taxt-Tacın köməyinə ümid edirik

Serbiya ilə Türkiyə arasında 11 sənəd imzalanıb

Araik Arutyunyanın, David Babayanın və digərlərinin həbs müddəti uzadılıb VİDEO

Dünyanın ən yaxşı universitetlərinin fənn reytinqlərində Azərbaycanın ali məktəblərinin sayı üçə çatıb

Ukrayna Prezidentinin səfəri ilə əlaqədar Berlində təhlükəsizlik tədbirləri gücləndirilib

“COP29 və qlobal iqlim dəyişiklikləri” - tədbir

Laçının MDB-nin mədəniyyət paytaxtı elan edilməsi Azərbaycana etimadın təsdiqidir ŞƏRH

Sabunçu rayonunda saxlanılan iki nəfərdən 7 kiloqram narkotik vasitə aşkarlanıb VİDEO

Məsut Özil "Qarabağ"ın qonağı olub, komandanın açıq məşqini izləyib

İcma əsaslı məktəbəqədər təhsil xidmətləri ilə bağlı qrant müsabiqəsinə sənəd qəbulu davam edir

“XIX Baku Jazz Festival”da 11 ölkədən ifaçılar çıxış edəcək

Aydın Səfixanlı: Azərbaycanda qadınlara qarşı zorakılığın aradan qaldırılması istiqamətində kompleks tədbirlər həyata keçirilib VİDEO

Qəhvəyi mərmər bağacığı ilə bağlı maarifləndirmə tədbirləri aparılır

Prokurorluğa qulluğa qəbulla bağlı müsabiqənin test imtahanında 163 namizəd müvəffəqiyyət qazanıb

Azln Telecom” bulud texnologiyalarına çıxışın asanlaşdırılması məqsədilə dövlət qurumları ilə əməkdaşlıq edir

Mədəniyyət naziri Adil Kərimli Naxçıvanda vətəndaşların müraciətlərini dinləyib

Gənclərin İqtisadiyyat Olimpiadası: 50 tələbə biliklərini sınayıb

Bakının bəzi küçələrində parklanma ilə bağlı dəyişikliklər tətbiq edilib

“Çelsi”nin yarımmüdafiəçisi sentyabr ayının ən yaxşı oyunçusu seçilib

Dövlət müəssisəsi Ağdam Sənaye Parkında istehsal olunan məhsul sifarişi verib

Paytaxtın daha bir küçəsində velosiped yolu salınıb

İsveçrənin Ukraynaya yardımı döyüş meydanındakı vəziyyətə görə dəyişəcək

Azərbaycan zərif keramika sahəsində standart layihələrin hazırlanmasında iştirak edəcək

Millinin böyük məşqçisi: Dünya çempionatında bəzi güləşçilərimiz potensialından aşağı çıxış etdi

Rupi dollar qarşısında rekord dərəcədə ucuzlaşıb

Nazir: Enerji səmərəliliyinə investisiyanı 7 dəfə artırmaq lazımdır

Peter Mixalko: Biz müəyyən edilmiş təmiz enerji texnologiyaları üçün əlverişli şərait yaratmalıyıq

Neft və Sənaye Universiteti ilə QS şirkəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Ersin Tatar Prezident İlham Əliyevin Türk dünyasının birliyi məsələsində mövqeyini alqışlayıb VİDEO

Kolorado ştatında 12 turist istifadə olunmayan qızıl mədənində köməksiz qalıb