DÜNYA
Tokioda keçiriləcək Olimpiada zamanı isti ilə mübarizədə süni qardan istifadənin mümkünlüyü araşdırılır
Tokio, 5 sentyabr, AZƏRTAC
Tokioda 2020-ci ildə keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarının təşkilatçıları isti hava ilə mübarizə üçün kanoedə avarçəkmə meydançasında süni qardan istifadənin səmərəliliyini araşdırırlar.
AZƏRTAC xəbər verir ki, həmin sınaqların gələn həftə keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, Yaponiyada qarşıdan gələn Olimpiya və Paralimpiya Oyunlarına hazırlıqla əlaqədar müxtəlif sınaqlar keçirilir. Təşkilatçıların qarşısında duran ən vacib vəzifələrdən biri həm idmançılar, həm də tamaşaçılar üçün ciddi təhlükə yaradacaq istilərlə mübarizədir.
Həmin meydançada qar istehsal edəcək çox da böyük olmayan qurğuların yerləşdirilməsi planlaşdırılır. Belə qurğuların tonlarla qar istehsal etmək gücündə olduğu bildirilir.
Təşkilat komitəsinin rəsmi nümayəndəsi bəyan edib ki, süni qar gözlənilən səmərəni verərsə, bu qurğulardan Olimpiya və Paraolimpiya Oyunlarının keçiriləcəyi digər meydançalarda da istifadə olunacaq.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.08.2023 [04:38]
Antarktidada 20 qolu olan çiyələyə bənzər dəniz canlısı kəşf edilib
- 14.07.2023 [13:43]
Ölü balinanın mədəsində 500 min avro dəyərində “üzən qızıl” tapılıb
- 05.07.2023 [20:47]
Alim ölü kaşalotun içərisində 500 min avro dəyərində xəzinə aşkar edib
- 24.06.2023 [18:40]
Dünyanın ən hündür göydələnləri
- 16.06.2023 [14:00]
Kaliforniyalı Maks Park kubik-rubiki 3,13 saniyəyə yığıb
- 08.06.2023 [17:51]
Alimlərin yeni tapıntısı: Neandertallar ov alətlərini necə yapışdırırdı?
- 22.05.2023 [12:43]
Bakı Zooloji Parkında ayının doğum günü qeyd olunub
- 29.04.2023 [17:42]
Misirli ekspertlər Kleopatranın irqi ilə bağlı mübahisələri qiymətləndirib
- 15.04.2023 [14:18]