MƏDƏNİYYƏT
Tokioda keçirilən “Global Festa” beynəlxalq festivalında Azərbaycan yüksək səviyyədə təmsil olunur VİDEO
İki gün davam edəcək festivalın ilk günündə, oktyabrın 4-də təşkilatçılar - Yaponiya Xarici İşlər Nazirliyinin, Yaponiya Beynəlxalq Əməkdaşlıq Mərkəzinin (JICA) və Baynəlxalq Əməkdaşlıq üzrə Yaponiya Qeyri-Hökumət Təşkilatının (JANIC) rəsmiləri tədbir iştirakçılarını salamlayıblar.
Artıq ənənəyə çevrilmiş bu festival Tokioda yaşayan müxtəlif xalqların nümayəndələri arasında mehriban əməkdaşlıq, səmimi qonşuluq münasibətlərinin qurulmasında, onların bir-birinin mədəniyyətini, adət-ənənələrini, dilini öyrənməsində mühüm rol oynayır.
Azərbaycan səfirliyinin hazırladığı stendlərdə milli adət-ənənələrimizi əks etdirən eksponatlar, ölkəmiz haqqında yapon dilində nəşr edilmiş müxtəlif materiallar, “İRS-İsan” jurnalının nömrələri, milli mətbəximizin nümunəsi olan yarpaq dolması, Şəmkirin “Şərq Ulduzu” zavodunun istehsalı olan şərablar təqdim edilir. Azərbaycan milli mətbəxinin ləziz nümunələri, şərablarımız tədbirdə iştirak edən yaponlar, eləcə də digər xalqların nümayəndələri tərəfindən böyük maraqla qarşılanır.
Festival iştirakçıları və qonaqlarAzərbaycan stendlərinin yüksək səviyyədə təşkil olunduğunu xüsusi qeyd edirlər.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Tokio