DÜNYA


Tokioda koronavirusa daha 429 yoluxma halı qeydə alınıb

Tokio, 8 avqust, AZƏRTAC

Tokio paytaxt hökumətinin yaydığı məlumata görə, avqustun 8-də saat 15:00-a olan son məlumata görə, paytaxtda koronavirusa 429 yeni yoluxma halı qeydə alınıb.

AZƏRTAC Yaponiya KİV-lərinə istinadla xəbər verir ki, bununla ikinci gündür Tokioda koronavirusa yoluxanların sayı 400 nəfəri ötür. Bu, eyni zamanda, paytaxtda yoluxma hallarının 200 nəfəri keçdiyi ardıcıl 12-ci gündür.

Tokioda, ümumilikdə, koronavirusa yoluxanların sayı 15 min 536 nəfər təşkil edib.

Paytaxt hökuməti sakinləri virusa münasibətdə yüksək diqqət nümayiş etdirməyə və sanitar-gigiyena qaydalarına əməl etməyə çağırır.

Qeyd edək ki, həmin gün bütün Yaponiya üzrə koronavirusa 1564 yoluxma halı qeydə alınıb.

Vüqar Ağayev

AZƏRTAC-ın xüsusi müxbiri

Tokio

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.